Addon və ya subdomenin root-qovluğunu necə dəyişmək olar?

Addon domenin və ya subdomenin root-qovluğunu dəyişmək üçün:

 

cPanel-ə daxil olun.

Domains bölməsində Addon Domains və ya Subdomains işarəsini klikləyin:

 

 

Default olaraq, addon domenlər və subdomenlər üçün public_html qovluğu istifadə olunur. Beləliklə, testdomain.com adında addon domenin root-qovluğu default olaraq public_html / testdomain.com olacaq.

 

 

Modify a Domain bölməsində dəyişmək istədiyiniz domenin root-qovluğunun qarşısında yerləşən qələm işarəsini klikləyin:

 

 

Yeni açılan pəncərədə yeni root qovluğu daxil edin və Change düyməsini klikləyin:

 

 

Coupon partner DomainhostCoupon.com