WordPress üzərində qurulan saytların sayı gündən-günə artır, məhz buna görə bu platformada çalışan saytların yüklənmə sürəti aktual və vacib məsələdir.
WordPress saytınızın yüklənmə sürəti niyə vacibdir?
1. Axtarış sistemləri (məsələn, Google) saytları sıralayaraq saytın yüklənmə sürətini nəzərə alır. Sürətli saytlar qec yüklənən saytlar ilə müqayisədə axtarış nəticələrində daha yüksək mövqelər qazanır. Beləliklə, axtarış nəticələrində saytın mövqeyini yüksəltmək istəyirsinizsə, yüklənmə sürətinin artması sizin üçün əsas prioritetlərdən biri olmalıdır.
2. Araşdırmalara görə, yüklənmə sürəti 2 saniyədən çox çəkdikdə, ziyarətçilərin təxminən 47% -i saytın tam yüklənməsini gözləmədən, onu tərk edir. Beləliklə, istifadəçilərin təxminən yarısını itirməmək üçün WordPress saytınızın sürətini artırmalısınız.
3. İnternetdə alış-veriş edən istifadəçilər çox səbrsiz sayılır və adətən səhifənin bir saniyə ərzində yüklənməsini gözləyir. Belə ki, WordPress üzərində qurulmuş onlayn mağazanız varsa, biznesinizin uğurla inkişaf etməsi üçün yenə də saytın sürəti haqqında ciddi şəkildə düşünməlisiniz.
Saytın yüklənmə sürətini necə yoxlamaq olar?
İlk öncə, saytınızın hazırki yüklənmə sürətini araşdırmalısınız. Nəzərə alın ki, səhifəyə görə sürət fərqlənə bilər. Çünki, yüklənmə sürəti müxtəlif faktorlardan asılıdır:
- Müəyyən bir səhifənin ölçüsündən;
- Yaranan sorğuların sayından;
- Yerləşdirilən məzmunun dinamik və ya statik olmasından.
Adətən, yüklənmə sürətinin yoxlanılması üçün saytın ana səhifəsi istifadə olunur. İnternetdə saytın yüklənmə sürətini yoxlamaq üçün müxtəlif vasitələr mövcuddur:
Google Page Speed Insights tool
Aşağıda, WordPress saytınızın yüklənmə sürətini artırmaq üçün istifadə edə biləcəyiniz metodları təqdim edirik.
Müvafiq hostinq paketini seçin
WordPress saytının yüklənmə sürətinə təsir göstərən əsas faktorlardan biri - yerləşdiyi hostinqdir. Saytı yerləşdirmək üçün paylaşılan veb hostinq paketlərdən birini seçə bilərsiniz, lakin, daha yaxşı nəticəni əldə etmək üçün, xüsusilə Wordpress saytları üçün optimizasiya edilmiş hostinq paketlərini seçməyi tövsiyyə edirik.
Hostimul xüsusilə WordPress üçün optimizasiya edilmiş veb hostinq paketlərini təklif edir. İstifadə etdiyimiz ən son texnologiyalar sayəsində səhifələrin sürətli yüklənməsini və kiber hücumlara qarşı yüksək səviyyəli qorumanı təmin edirik.
Wordpress hostinq paketlərimiz haqqında daha ətraflı məlumat əldə edin.
Az resurs istifadə edən WordPress şablonunu istifadə edin
Sözssüz ki, müxtəlif dinamik elementlərdən, slayderlərdən, sosial ikonlardan və digər interfeys elementlərindən ibarət olan WordPress saytları daha maraqlı görünür. Lakin, eyni zamanda, bu cür saytlar serverin resurslarını çox sayda istifadə edərək, onun yüklənməsinə səbəb ola bilər.
Ən yaxşı çıxış yolu - sadə və az resurs istifadə edən WordPress şablonlarını istifadə etməkdir. Bu günə qədər 6 ən sürətli WordPress şablonunu təqdim edirik:
- GeneratePress
- Astra
- Schema
- OceanWP
- StudioPress
- Skin
Saytdakı şəkillərin ölçüsünü azaldın
Böyük şəkillər, saytın yüklənmə sürətinə mənfi şəkildə təsir edir. Əsas məqsəd, şəkilin keyfiyyətini pozmadan, ölçüsünü azaltmaqdır.
Şəkillərin ölşüsünü əl ilə azaltmaq istəyirsinizsə, aşağıdakı vasitələrdən istifadə etməyi məsləhət görürük:
Şəkillərin ölşüsünü optimizasiya etmək üçün, həmçinin müxtəlif plugin-lər də mövcuddur:
Smush Image Compression and Optimization
Compress JPEG & PNG images by TinyPNG
JS və CSS faylları sıxın
Veb saytınızı Google PageSpeed Insights vasitəsilə işə salsanız, çox güman ki, sizdən CSS və JS fayllarının sıxılması tələb olunacaq. Bu deməkdir ki, CSS və JS fayllarının ölçüsü azaldmaqla saytın yüklənmə sürətini artıra bilərsiniz.
WordPress şablonlarından başınız çıxırsa, Google tərəfindən təmin edilən təlimatları öyrənib, düzəlişləri əl ilə edə bilərsiniz. Bunu etmək üçün müxtəlif plugin-lər mövcuddur; onlardan ən çox istifadə olunanları:
Keşləmə (caching) plugin-lərini istifadə edin
WordPress üzərində qurulmuş saytları keşləmək üçün müxtəlif plugin-lər mövcuddur:
WordPress verilənlər bazasını təmizləyin
Lazımsız məlumatları silərək, verilənlər bazasının, eləcə də backup fayllarının ölçüsünü azalda bilərsiniz. Həmçinin, spam şərhləri, saxta istifadəçiləri , lazımsız plugin-ləri və şablonları silmək məsləhətdir.
Plugin-ləri silin və ya deaktiv edin
Lazımsız plugin-lərin WordPress saytlarınızda saxlanması backup faylların ölçüsünü artıracaq, eləcə də bu faylları yaratmaq üçün bir çox server resursu istifadə edəcək. Buna görə, istifadə olunmayan plugin-ləri silməyi və müəyyən funksiyaları yerinə yetirmək (məsələn, sosial şəbəkələrdə ən son yazılarınızı paylaşmaq) məqsədilə üçüncü tərəf xidmətlərdən istifadə etməyin alternativ yollarını axtarmağı məsləhət görürük .
Pingback and trackback-ləri deaktiv edin
Pingback və trackback-lər digər bir saytda sizin bloqunuza və ya saytınıza link verildikdə sizi bu haqqda xəbərdar edir. Bu funksiyanı yerinə yetirmək üçün həmçinin digər onlayn xidmətlər mövcuddur, məsələn Google Webmaster Tools. Pingback və trackback-lərin aktiv olması, eyni zamanda serveri həddinən artıq yükləyə bilər.
Bu funksiyaları deaktiv etmək üçün növbəti addımları yerinə yetirin: WP-Admin ->Settings -> Discussion və “Allow link notifications from other blogs (pingbacks and trackbacks).” uzərindən işarəni silin.