Bu videonu izləyib, Outlook-dan elektron poçt hesabınızı necə silməyi öyrənəcəksiniz. Qeyd edək ki, elektron poçt hesabınız Outlook-dan silindikdə, faktiki hesab yarandığı yerdən silinmir (məsələn: hostinq və ya e-poçt ilə təmin edən provayderdə, və ya hostinqi idarə edən paneldə). Hesab sadəcə Outlook-dan silinir. Lakin bütün yüklənilən e-poçt, əlaqə və təqvim məlumatları, Outlook-dan həmiçəlik silinəcək. Əgər bu məlumatlar sizin üçün vacibdirsə, o zaman ilk öncə onların ehtiyat nüsxəsini aparmalısınız. Hal hazırda bunu etməyəcəyik.
Gəlin elektron poçtun hesabını Outlook-dan silinməsi prosesinə dəvam edək. "Fayl" bölməsinə klikləyin, sonra isə "Hesab parametrləri" düyməsini klikləyin, sonra yenidən "Hesab parametrləri" düyməsini klikləyin.
Silmək istədiyiniz elektron poçt hesabını seçin, sonra isə "Silmək" düyməsini basın.
Faydalı Linklər