İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

Outlook 2016-da seçilmiş qovluqların yaradılması.

Videonu izləmədən öncə elektron poçt hesabınıza daxil olun.

İndi isə gəlin Outlook-da Favorite Folders bölməsini istifadə etməyi öyrənək.

Sol menyunun yuxarı hissəsində Favorite Folders bölməsini görəcəksiniz.

Əgər siz daxilində bir neçə qovluq olan, bir neçə elektron poçt hasabını idarə edirsinizsə, soldaki hesablar və qovluqlar siyahısı uzun ola bilər.

Tez-tez istifadə etdiyiniz qovluqların mövcudluğu sizin üçün faydalı ola bilər.

Bunun üçün tez-tez istifadə olunan qovluqları Favorite Folders bölməsinə əlavə edin.

Gəlin birini elə indi əlavə edək. Xüsusi hesab etdiyiniz qovluqu tapın və üzərinə siçanın sağ düyməsi ilə klikləyin. Sonra Show in Favorites düyməsini klikləyin.

Bax belə! İndi bizim qovluq Favorites bölməsindədir.

Burada qeyd olunan qovluqlar əsas qovluqların kopiyalarıdı, buna görə Favorites bölməsində etdiyiniz dəyişikliklər, həmçinin əsas qovluqlara tətbiq olunacaq.

Favorites bölməsinə istədiyiniz qədər qovluq əlavə edə bilərsiniz.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜