İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

cPanel-də Index Manager-i necə istifadə etmək?

Videonu izləmədən öncə, cPanel-ə daxil olun və onu əsas ekranda işə salın.

İndi isə gəlin Index Manager-i istifadə etməyi öyrənək.

Indexes ikonunu klikləyin.

Index Manager kataloqların saytda necə əks olunmasını idarə etməyə imkan verir.

Əgər qeyd olunan kataloqda index.html faylı yoxdursa, həmin kataloqun məzmunu saytda əks olunacaq. Bu isə təhlükəsizlik ilə problem yarada bilər.

Index Manager köməyi ilə hesabınızı kataloqun məzmunun əks olunmaması üçün quraşdıra bilərsiniz.

Gəlin Index Manager-i müştəri hesabı üçün quraşdıraq.

Dörd parametrdən birini seçə bilərsiniz.

Kataloqun məzmununun əks olunmamasını istəyirik deyə, No Indexing seçimini edəcəyik.

Vəssalam! İndeks parametrləri yeniləndi və saytın istifadəçiləri kataloqun məzmunun görə bilməyəcəklər.

Əvvəlki parametrlərə qayıtmaq asandır.

Default System Setting seçdikdə kataloqun məzmunu əks olunur.

No Indexing seçdikdə kataloqun məzmunu əks olunmur.

Standard Indexing seçdikdə brauzerlərə daxilində şəkil olmayan kataloqların məzmununu görməyə icazə vermir və Fancy Indexing brauzerlərə daxilində şəkil olan kataloqların məzmununu görməyə icazə vermir.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜