.com domeninin üstünlükləri hansılardır?

.com domen adı internetdə ən populyar və tanınan üst səviyyəli domenlərdən biridir. 

.com domen adı Domain Name System (DNS) tərəfindən ilk dəfə 1985-ci ildə ilk altı TLD-(üst səviyyəli domenlərlə) birgə yaradılmışdır.  
Yarandığı gündən .com etibarlı bir domen adı sayılır və kommersiya təşkilatları üçün nəzərdə tutulmuşdur. .com domen adı ilk dəfə  kompüter istehsalçısı olan Symbolics.com saytında istifadə olunmuşdur. Bu günə kimi, .com domen adı artıq 130 milyon dəfə qeydiyyatdan keçib. 

"Com" domen adı "kommersiya" deməkdir və biznes üçün ideal seçimdir. Bununla yanaşı, hər hansı fərdi şəxs və ya təşkilat öz şirkətləri, bloqları və ya şəxsi veb saytları üçün .com domen adını seçə bilərlər. 

Əgər siz artıq .biz və ya .net domen adını qeydiyyatdan keçirmisinizsə, saytınızı təkmilləşdirmək və trafikini artırmaq üçün .com domenini əlavə edə bilərsiniz. 

Müvafiq üst səviyyəli domen adı tapmaq istəyirsinizsə, .com domeni ilə fəaliyyətinizi bütün dünyaya tanıda biləcəyinizdən əmin olun. Dünyanın ən məşhur brendləri domenlərini .com zonasında qeydiyyatdan keçirirlər. 

Coupon partner DomainhostCoupon.com