Gec yükləmə istifadəçilərə zəif istifadəçi interfeysi təmin etməklə yanaşı, saytı axtarış motorlarında aşağı sıralarda yerləşdirir.
Bir neçə saniyə lazımsız gözləmə saytınızın reputasiyasına mənfi təsir edə bilər. Bu baxımdan açılma sürəti saytınızın uğuru üçün əsas amillərdən biridir.
Aşağıda saytın yüklənməsini sürətləndirmək üçün bir neçə üsula baxacağıq.
Keşləmə
Siz hər dəfə saytı ziyarət etdikdə onun bəzi elementləri keş qutusunda saxlanılır. Beləliklə, eyni sayta növbəti dəfə baxdığınızda, bu elementlərə asanlıqla daxil ola bilər və onları daha sürətli yükləyə bilərsiniz. Keşləməni aktiv etməklə siz saytının iş sürətini yetərincə artıra bilərsiniz.
Plaginlərin və əlavələrin silinməsi
Saytınızda həddən artıq plagin daxil edilibsə bu onun iş sürətini azaltmaqla yanaşı, təhlükəlilik dərəcəsini artırır. Saytınızın sizin istədiyiniz kimi işləməsi üçün sizə bir neçə plagin lazım ola bilər, lakin onların arasında da sizin üçün önəmli olmayanları vardır.
Bunun ən yaxşı yolu, xüsusi proqramları istifadə edərək yükləmə sürətini test etməkdir.
Bundan sonra plagin siyahınıza daxil olub plaginləri bir-bir söndürün. Daha sonra isə deaktiv olunmuş plaginlə testi işə salın. Bu kifayət qədər vaxt itkinə səbəb ola bilər, lakin saytınızı sürətini aşağı salan plagini tapmaqda kömək edə bilər.
Təsvirlərin ölçüsünün dəyişdirlməsi
Saytınızıda optimizə olunmamış kifayət qədər şəkil mövcuddursa, bu saytınızın yüklənmə sürətinə mənfi təsir göstərir. Çox böyük şəkilləri yükləmək üçün böyük faylları yükləyə bilən bir brauzer lazımdır.
Kodun qısaldılması
Bəzən sayt kodunuz bir az uzun ola bilər. Bu hallarda da saytın yüklənmə sürətinə təsir edir, sayt gec yüklənir. CMS və ya hətta bir veb-sayt qurucu ilə çoxlu parametrlər yaratmaqla qurtulmanız lazımsız xətt fasilələri, boşluqlar əldə edirsiniz.
CDN (Content Delivery Network) istifadə etmək
Saytınızın yüklənmə sürəti, istifadəçilərin saytınızın fayllarının saxlandığı serverin mövqeyinə nə qədər yaxın olduğundan asılıdır. Onlar nə qədər uzaqda yerləşirlərsə yüklənmə o qədər gec olur. CDN istifadə etməklə siz bu problemi həll edə bilərsiniz. CDN, saytınızın fayllarını qlobal server şəbəkəsində yayır, belə ki istifadəçilər saytınıza ən yaxın server vasitəsilə daxil ola bilirlər.