Təhlükəsiz şifrəni necə yaratmaq olar?

, Müəllif:       0 Şərh
Təhlükəsiz şifrəni necə yaratmaq olar?

Güclü bir şifrə onlayn müdafiədə önəmli faktorlardandır. Lakin təhlükəsiz şifrəni necə yaratmaq olar? Əgər siz hər dəfə şifrə daxil edib sistemə giriş edəcəksinizsə çox çətin şifrənin istifadə edilməsi məqbul variant deyil.

Bundan əlavə etibarlı şifrənin yaradılması şifrənin sınıdırılmasından özünü müdafiə etmənin əsasıdır. 
Aşağıda sizi mümkün olan ən güclü şifrəni (həqiqətən yadda saxlaya biləcəyiniz) yaratmaq üçün müxtəlif strategiyalarla tanış edəcəyik.

Şifrə yaradılması üzrə ənənəvi məsləhətlər

Bir şifrə təyin etdiyiniz zaman adətən aşağıdakı ümumi şifrə qaydalarına rast gəlirsiniz:

  • Ən az 12 simvol daxil edin
  • Nömrə və simvolların qarışıq kombinasıyasını istifadə edin
  • Lüğət sözlərindən istifadə etməyin
  • Aşkar söz birləşmələrini istifadə etməyin

Yuxarıdakı tövsiyələr başlamağınız üçün yardımçı ola bilər, lakin ən güclü şifrə yaratmağı təmin etməyəcəkdir.
Siz əgər ultra güclü şifrə istəyirsinizsə, klavyaturada müxtəlif simvol və rəqəmləri yığın. Əlbəttə ki, bu sizə hərf və rəqəmlərin ağılasığmaz kombinasiyasını verəcək. Əgər rf5dfg85vecvF bu tipli kombinasiya alırsınızsa bu yaxşı nəticə ola bilər.
Əla nəticədir. Ancaq bunu xatırlamaq mümükünsüzdür! 
Güclü şifrə yaratmaq istəyirsinizsə  həqiqətən yadda saxlaya biləcəyiniz kombinasiya yaradın.

Bunun üçün aşağıdakı metodlardan birini sınaqdan keçirə bilərsiniz: 

1. Bruce Schneierin metodunu istifadə edin

2008-ci ildə təhlükəsizlik mütəxəssisi Bruce Schneier bir parol üsulunu ortaya çıxardı.

Onun məsləhətləri sadədir, amma işləyir. Onun üsulu belədir: bir cümlə fikirləşir və  onu şifrəyə çevirirsiniz. Hər sözü siz xatırlayadacaq bir sıra simvol və hərflər təyin edirsiniz. Nəticədə belə görünür.

I love peanut butter = 1<3PnUt.Btt3r.PtZL!

Təsadüfi və qəribə simvol yığımı nə qədər çox olsa o qədər yaxşıdır. Təsadüfi hərfləri və nömrələri xatırlamaq yerinə, şifrəni cümlə şəklində xatırlamaq daha rahatdır.

2. Sözlərin təsadüfi sırasını seçin

Növbəti üsul həqiqətən təsadüfi sözlər sırasının yaradılmasıdır. Bu üsul passphrase adlanır. Ümumi təsadüfilik və sözlərin müxtəlif uzunluğu sizin parolu güclü edə bilər. 

Əgər siz həqiqətən də təsadüfi söz sırası yaratmaq istəyirsinizsə Diceware aləti ilə tanış olun.

Şifrələrin  yadda saxlanılması və təhlükəsizliyi

Şifrə yaratmağın vacib aspektlərindən biri onun təkrar istifadə olunmamasıdır. Siz bir neçə platormada eyni şifrə istifadə edirsinizsə bütün platformaları təhlükədə qoyursunuz. 
Əgər şifrənin yaddaşda saxlanılması həqiqətən də çətindirsə onun saxlayacağınız təhlükəsiz doc yaradın. Ən yaxşı üsul kimi  şifrələrin idarə edilməsi üzrə pulsuz proqram təminatı LastPass istifadə edə bilərsiniz.
İnanırıq ki, bu məsləhətlər sizə etibarlı şifrənizin yaradılmasında yardımçı olacaqdır.
 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com