Paylaşılan hostinq haqqında ən çox verilən suallar?

, Müəllif:       0 Şərh
Paylaşılan hostinq haqqında ən çox verilən suallar?

Paylaşılan hostinq istifadəçilər tərəfindən ən çox seçilən hostinq növüdür. Paylaşımlı hostinqin qiymətləri münasib olduğuna görə, bu növ hostinqi çox vaxt yeni sayt sahibləri seçir. Saytları olan bir çox istifadəçilər heş olmsa bir dəfə paylaşımlı hostinqdən istifadə ediblər. Əgər sizdə saytınızı yenicə istifadəyə vermisinizsə, demək paylaşımlı hostinq barəsində bir çox suallarınız yaranıb.

 Aşağıda paylaşımlı hostinqlə bağlı ən çox verilən sualları araşdırmışıq. 

1. Paylaşılan hostinq nədir? 

Paylaşılan hostinqdə bir çox sayt bir serverdə yerləşir. Sizin sayt üçün serverdə müəyyən bir sahə və onun çalışması üçün lazım olan resurslar ayrılacaq. Adətən paylaşımlı hostinq münasib qitymətlərlə təklif olunur. Paylaşılan hostinqdə sizin üçün ayrılan resurslara idarəetmə paneli vasitəsilə yetki alırsınız. 

2. Paylaşılan hostinq necə çalışır? 

Paylaşılan hostinq saytınızın səmərəli çalışması üçün lazım olan bütün vasitələr ilə təmin edir. Paylaşılan hostinqdə bir serverin resursları bir çox sayt arasında bölüşdürülür. Çox vaxt, paylaşılan hostinqdə əvvəlcədən quraşdırılmış skriptlər və proqram təminatı olur və serverdəki bütün saytlar bunlara uyğunlaşmalıdır. 

3. Paylaşımlı hostinq fiziki server və VPS-dən necə fərqlənir? 

Paylaşımlı hostinqi seçərək siz serveri onlarla, yüzlərlə və hətta daha çox saytlar ilə bölüşürsünüz. Müqaisə üçün, fiziki serveri icarəyə götürəndə, bir server sadəcə sizin sayt üçün çalışır. Paylaşımlı hostinq ilə VPS arasında bir sıra oxşarlıqlar var. Məsələn, VPS hostinqdə bir server istifadə olunur, lakin həmin o server bir çox virtuallaşdırılmış hissələrə bölünür. Və o hissələrdən hər biri ayrı server kimi fəaliyyət göstərir. 

4. Paylaşımlı hostinqi nə vaxt seçmək uyğundur? 

Paylaşımlı hostinq daha çox bu sahədə yeni olan istifadəçilər üçün uyğundur. Əgər ilk saytınızı yerləşdirmək istəyirsinizsə, paylaşımlı hostinq sizin üçün ən uyğun hostinq növüdür. Lakin, yüksək trafik qəbul edən iri saytınız varsa, o zaman VPS və ya fiziki server paketlərinə diqqət yetirməyi məsləhət edirik. 

Ümid edirik ki, bu məqalə paylaşımlı hostinqin nə olduğunu və necə çalışdığını sizin üçün aydınlaşdıracaq. 
 

Şərh : 0