Saytınıza uyğun domen adını necə seçmək?

, Müəllif:       0 Şərh
Saytınıza uyğun domen adını necə seçmək?

Domen adı internet layihənizin uğurlu olmasında çox mühim rol oynayır. Domen adını hətta şirkətin adı ilə müqayisə etmək olar – düzgün seçilmiş domen adı, yeni müştərilərin cəlb edilməsi və saytın ümumi mövqeyinə müsbət təsir göstərə bilər. Düzgün domeni seçmək üçün bir sıra məsləhətlərə diqqət yetirməyinizi tövsiyyə edirik. 

İlk öncə domen zonasını seçməlisiniz. Bu üst səviyyəli milli (coğrafi) zonalar - .AZ, .RU, .US, və ya - .COM, .NET, .ORG kimi funksional zonalar ola bilər. Domen zonaları həmçinin təşkilatın fəaliyyətinə görə təyin edilə bilər. Məsələn, səyahət saytları üçün .TRAVEL, şirkət saytları və ya biznes məlumat portalları üçün .BIZ, mobil cihazlar və texnologiyalar haqqında saytlar üçün MOBI. 

Sözsüz ki, coğrafi və funksional domenlərin üstünlüyü var - onlar istifadəçilər və potensial auditoriya tərəfindən yaxşı tanınır. Lakin bu zonalarda artıq bir çox domen adları qeydiyyatdan keçirilib domen adları var və sizi maraqlandıran domen adı artıq məşğul ola bilər. 

Coğrafi domenlər birbaşa müəyyən bir ölkədəki hədəf kütləsi ilə əlaqə yaratmağa imkan verir, lakin eyni səbəbdən də bu növ domenlərin seçimi saytın trafikini məhdudlaşdıra bilər. Fəaliyyətə yönümlü domen seçdiyiniz halda, gələckdə layihəniz dəyişsə, domeni də dəyişmək məcburiyyəti qarşısında qalacaqsınız.

Domen adlarının qiymətləri fərqlənir, məsələn, milli üst səviyyəli domenlər tematik domenlər ilə müqaisədə daha münasib qiymətlərlə təklif olunur. Hostimul müxtəlif zonalarda domen adlarının qeydiyyatını təklif edir. Hostimul-da domen qeydiyyatdan keçərək, həmçinin ixtisaslı texniki dəstək əldə edirsiz və "Avtomatik Yenilənmə" sayəsində domen adını yeniləməyi unutsaz belə, avtomatik yeniləmə domen adının ləğv edilməsinə imkan vermir. 

Saytınızın adına gəldikdə isə, burada sadə və qısa adlara üstünlük verməyi məsləhət edirik. Çünki, istifadəçilər saytınızı yalnız axtarış saytlarından deyil, həmçinin brauzerin ünvan sətrində domen adını yazaraq axtaracaqlar. Domen adı şəklində abbreviatura istifadə etmək də effektiv ola bilər, çünki bir neçə hərfdən ibarət olan sayt ünvanları yaxşı yadda qalır. Təəsüf ki, qısa domen adlarının çoxu artıq məşğuldur, buna görə də sayt sahibləri bəzən bir neçə sözdən ibarət olan domenləri seçmək məcburiyyətində olurlar.

Mövcud şirkət üçün sayt yaratmaq istədiyiniz halda, domen şəklində şirkətin adını istifadə edə bilərsiniz. Lakin əgər həmin domen artıq istifadə olunursa, sənayeniz və ya biznes seqmentinizlə əlaqəli sözləri daxil etməyə çalışın. Adətən axtarış sistemləri bu cür saytlara üstünlük verir və nəticə kimi müvafiq sorğunu edən istifadəçiyə təqdim edir. Məhsul və ya xidmət satışı ilə məşğul olan bir sayt üçün domen seçərkən, bir sıra çox sadə qaydalara diqqət yetirilməlidir.

Saytın ünvanında məhsulun və ya xidmətin adını göstərə bilərsiniz, məsələn (kitab.com). Bu istifadəçilərdə sizin fəaliyyətiniz haqqında ümumi anlayış yaradacaq.

Domen seçimi SEO-ya necə təsir göstərir? 

Potensial müştəriləriniz axtara biləcək açar sözlərin saytın ünvanına daxil edilməsi, saytınızı axtarış sistemlərində müəyyən sorğulara uyğun önə çıxara bilər. Çünki axtarış sistemləri ilk öncə domenin daxilindəki açar sözlərə diqqət yetirirlər. Domen adı müəyyən bir axtarış cümləsinə uyğun olduğda, həmin sayt yüksək qiymətləndirilir və saytınız ön sıralarda əks olunur.

Domenin optimazasiyası üçün digər vacib faktorlardan biri də onun yaşıdır. Daha köhnə domenlər baha başa gələ bilər, lakin demək olar ki, bütün axtarış sistemləri onlara üstünlük verir. Domen nə qədər köhnə olsa, o qədər də keyfiyyətli və etibarlı sayılır. Domen adı aldıqda onun yaşının bir ildən aşağı olmamasına diqqət yetirmək lazımdır. Köhnə domenin daha bir üstünlüyü PageRank kimi göstəricinin saxlanılmasıdır. 

 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com