Microsoft data mərkəzini suyun altına yerləşdirdi

, Müəllif:       0 Şərh
Microsoft data mərkəzini suyun altına yerləşdirdi

Natick layihəsinin ikinçi mərhəlisinin çərçivəsində Microsoft 36 metr dəriniyində 12 metrəlik data mərkəzlərini Orkney adalarında (Şotlandiya)yerləşdirib. Məhz bu layihə üçün su keçirməyən silindrik qabıq hazırlanmışdır. 

Yeni data mərkəzi ölçüsünə görə yüklərin daşınması üçün istifadə olunan standart İSO-konteynerinə bərabərdir. İçərisində 12 server rəfi, rəflərdə isə 864 server yerləşir. Rəflərdən hər, dəniz suyunun keçdiyi bir boruya bağlıdır. 

Soyutma, kompüterlərin qızdırılmasının qarşısını almaq böyük məlumat mərkəzləri üçün ciddi problemdir. Data mərkəzləri böyük miqdarda elektrik enerjisi istehlak edir (420 teravat, yəni dünya enerji istehlakının demək olar ki, 3,5% -i məlumat mərkəzləri üçün sərf olunur). Bu enerjinin 15-20% -i kompüter soyudulmasına sərf olunur. 
Lakin, Microsoft bu məsələyə fərqli yanaşaraq, data mərkəzlərini okeyanın altında yerləşdirib, avadanlığı soyuq su ilə soyutmağı planlaşdırır. Sualtı data mərkəzlərinin əsas məqsədi soyutmaya qənaət etməkdir. 

Microsoft hesab edir ki, data mərkəzlərinin suyun altında yerləşdirilməsi həmçinin loqistika baxımından üstünlük təşkil edir. Çünki dünya əhalisinin 50% -dən çoxu sahil kənarında. 

Data mərkəzi, qeyd olunduğu kimi, fiber optik kabeldən istifadə edərək əsasən yaxınlıqdakı Orkney adalarından enerji alır.


Bu mərhələdə, Microsoft-un mütəxəssisləri növbəti 12 ay ərzində məlumat mərkəzinə nəzarət edəcək, müxtəlif göstəricilərə, xüsusilə də sürətinə, enerji istehlakına, temperaturuna nəzarət edəcəklər. Qeyd edilir ki, data mərkəzi davamlı olaraq, əlavə xidmətlərə ehtiyac olmadan, beş ilədək fəaliyyət göstərə bilər. Bu yaxınlarda Microsoft yeni məlumat mərkəzinə quraşdırılmış iki kameradan online yayım aparmağa başladı. 


 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com