Bloqa başlamaq üçün necə bir fikriniz var? Bəlkə də sosial platformalarda artıq bir bloqunuz var və irəliyə addım atmaq, veb sayt yaratmaq istəyirsiniz. Belədirsə, sizə əntiqə xəbərimiz var! Bunun üçün bank yarmağa ehtiyac yoxdur. Əvəzinə nə etməli olduğunuzu deyək. İlk addımlar həmişə çətindir və çox vacibdir. Bu mərhələdə bir bloq platforması seçməyə başlasanız, yaxşı olar. WordPress.org - özünə məxsus “self-hosted” təklif edir. Əvvəla pulsuz və istifadəsi asandır. İkincisi, sizə rahatlıqla əlavələr etmə imkanı verir.
Bir WordPress bloqu üçün büdcənizi təşkil edən əsas məqamlar aşağıdakılardır.
1. WordPress hostinq;
2. Domen adı;
3. Mövzular;
4. Plugin-lər.
Tutaq ki, bloqunuz tanınmır ancaq siz artıq işə başlamısınız. Zərər riskinin az olması üçün həmişə minimum xərc çəkməyə çalışın.
Pulsuz domen əldə etməyin yolu
Bu siyahıdakı ikinci məsələdir, amma gəlin buradan başlayaq. Burada yalnız domen adının əhəmiyyəti və SEO-ya təsiri barədə danışılmır. Düzünü deyək ki, xəyali domen adı büdcəmizə uyğun deyil, standart WordPress domenləri www.yourblog.WordPress.com və ya www.yourblog.com kimi görünür. Biz sizə WordPress hostinqini almaqdan və əldə edə biləcəyiniz pulsuz domen adından başlamağı məsləhət görürük. Qısa və yaddaqalan birini seçin.
WordPress hostinq planları
Bir veb saytın yerləşməsinin olduqca bahalı olması ilə bağlı yanlış bir fikir var, lakin şirkətlər qiymətləri əlverişli saxlayır. Hostimul-un WordPress hostinq planları 3.99 AZN-dən başlayır. Bu qiymətə pulsuz bir domen adı və SSL sertifikatı daxildir.
Mövzuların seçilməsi
Nəyə ehtiyacınız olduğunu başa düşmək və seçim etmək üçün vaxt lazımdır. Bununla birlikdə həm WordPress “theme” kataloqundan, həm də üçüncü tərəf saytlarından təklif olunan çox sayda pulsuz şablonlardan ən yaxşısını seçmək prosesini çətinləşdirir. Ancaq pulsuz mövzuların bolluğu problemdən uzaqdır; əsl problem, pulsuz mövzuların WordPress təhlükəsizliyi üçün son dərəcə təhlükəli ola bilməyidir. Onlar zərərli proqram daşıyıcısı kimi tanınırlar. Ayrıca saytınızdakı məlumatları oğurlayan və onu xakerlər üçün əlçatan edən bir kod ola bilər. Bu səbəblərə görə saytınız zərərli proqramların yayılmasına görə axtarış motorunun indeksindən atıla bilər. Pulsuz mövzularda da yeniləmələr yoxdur.
Anladığınız kimi bir mövzu almaq və işinizi asanlaşdırmaq daha yaxşıdır. İnternetdə bir çox variant var və həqiqətən yaxşısını yalnız 50 dollara və ya daha aza satın ala bilərsiniz.
Pluginlər haqqında bilməli olduğunuz hər şey
Pluginlər veb sayta müəyyən zəruri xüsusiyyətlərin əlavə edilməsini xeyli asanlaşdırır. WordPress plugin SEO üçün çox yaxşı bir fikirdir. Bu plugin veb saytınızı axtarış motorları üçün optimallaşdırır, həmçinin axtarış nəticələrində daha yüksək yer tutmağa və blogunuzu xeyli böyütməyə kömək edə bilər. Bir plugin ilə robots.txt, .htaccess sənədləri, təmiz permalink URL-lər və ya sayt xəritələri haqqında bilməyinizin əhəmiyyəti yoxdur. Yaxşı SEO pluginləri təxminən 100 dollara başa gələ bilər.
Ümid edirik ki, indi az bir büdcə üzərində bir WordPress bloqu qura biləcəyinizə əminsiniz və bunun üçün veb dizayn haqqında heç nə bilməyinizə ehtiyac yoxdur.