Ən populyar veb sayt növləri hansılardır?

, Müəllif:       0 Şərh
Ən populyar veb sayt növləri hansılardır?

 

İnternetdə 1.5 milyarddan veb saytın olduğunu bilirdinizmi?

Biznesinizi yeni səviyyə çıxarmaq, müştəri sayını artırmaq, şirkətin imicini qaldırmaq və ya sadəcə işlərinizi internetdə nümayiş etdirmək istəyirsinizsə - bütün bunları əldə etmək üçün sayt yaratmaq vacibdir. 

Müxtəlif sayt növləri arasında bəzi oxşarlıqlar olsa da, hər biri fərqli məqsədlər daşıyır. Bu məqalədə ən çox istifadə olunan sayt növləri haqqında qısa məlumat verəcəyik.

 

Bəs, sizin saytınız necə olacaq?

 

Elektron ticarət saytı

 

 

Son 10 il ərzində elektron ticarət saytları bir çox inkişaf edib. Onlayn alış-veriş həyata keçirən hər hansı bir sayt bu kateqoriyaya aiddir. Nə vaxtsa internet mağaza açmaq qiymət və hazırlanmasına görə kifayət qədər mürəkkəb proses idi. Bugün Shopify kimi online xidmətlər bu cür saytların hazırlanmasını xeyli asanlaşdırıb. Lazım olan tək şey – yaxşı biznes ideyadır.

 

Biznes saytı

 

 

Korporativ və ya biznes saytı müəyyən bir şirkəti internetdə təmsil edən saytdır. Bu cür saytda şirkətin təklif etdiyi məhsullar və ya xidmətlər təqdim olunmalıdır. Biznes saytın görünüşü adətən brendin stilinə uyğun olur. Saytın dizaynında korporativ rənglər və şriftlər istifadə olunur. Biznes saytları çox vaxt mürəkkəb struktura malik olur. Fəaliyyət növündən asılı olaraq sayta olan tələblər də fərqlənir, lakin hər bir biznes saytında xəritə, çat, rəy forması kimi elementlərin mövcud olması vacibdir.

 

Əyləndirici sayt

 

 

 

Əyləndirici saytlar ilk növbədə istifadəçiləri əyləndirmək üçün nəzərdə tutulub. Bu cür saytın əsası - əyləncə xarakterli məlumatlar, şəkillər, videolar, interaktiv onlyan xidmətlərdir. Məsələn, Onion kimi yumoristik saytlar, və ya E! kimi xəbər saytları. Bu cür saytların gəliri əsasən səhifədə əks olunan reklamdan əldə edilir.

Əyləndirici sayt yaratmaq fikriniz varsa, onun kontenti maraqlı, məlumatlar isə yeni, aktul və qeyri-adi olmalıdır. Yalnız bu halda istifadəçiləri saytınıza cəlb edə biləcəksiniz.

 

Portfolio saytı

 

 

Portfolio saytları adətən iş nümunələrini internetdə nümayiş etdirmək məqsədilə istifadə olunur. Bu cür saytlar özlərini internetdə tanıtmaq istəyən peşəkarlar üçün faydalı olacaq. Portfolio saytları kreativ peşə sahibləri (fotoqraflar, dizaynerlər, rəssamlar) tərəfindən çox istifadə olunur. 

 

Xəbər saytı

 

 

Xəbər saytları strukturuna görə əyləndirici saytlara oxşasa da, bu cür saytlar çox vaxt daha ciddi məlumatlar; xəbərlər və reportajlar paylaşır. Bu kateqoriyaya məsələn, CNN-ın, BBC-ın xəbər saytları aiddir. Böyük xəbər saytlarının bir çoxu müxtəlif nəşrlərin və televiziya kanallarının onlayn versiyasıdır.

 

Broşur saytı

 

 

Broşur saytı demək olar ki,  biznes saytlarının daha sadə versiyasıdır və internetdə ən tez-tez rast gəlinən sayt növlərindən biridir. Tez bir zamanda sayt əldə etmək istəyən brendlər üçün münasib seçimdir.

Broşur saytı adətən bir neçə səhifədən ibarət olur. Səhifələrdə brend haqqında məlumat və əlaqə məlumatları paylaşılır, məs. ünvan, telefon nömrəsi, e-poçt və.s.

Bu cür saytların məzmunu çox vaxt statik olur, yani gec gec dəyişdirilir.

 

Təhsil saytı

 

 

Bu kateqoriyaya elektron təhsil, onlayn kurslar təklif edən təhsil qurumlarının, müəssisələrin saytları aiddir.  

Bu cür saytların əsas məqsədi istifadəçilərə təhsil materiaları ilə təmin etmək və təhsil müəssisələri haqqında məlumat çatdırmaqdır.

 

Şəxsi sayt

 

 

Saytlar təkcə biznesi inkişaf etdirmək və ya gəlir əldə etmək məqsədilə yaradılmır. Bəzən insanlar veb sayt vasitəsilə öz ideyalarını, həyat tərzlərini və dünya görüşünü digərləri ilə paylaşır.

Şəxsi saytlar kateqoriyasına, bloq, vloq (video bloq) və foto gündəliklər aiddir. Bu cür saytar yeni dostlar tapmaq, eyni düşüncəli insanlar ilə tanış olmaq məqəsdilə yaradılır.

 

Hostimul ilə sayt qurub onu hostinqdə yerləşdirmək indi həmişəkindən daha asandır!

 

Bunun üçün Hostimul müştəri panelinə daxil olun>Xidmətlər > Xidmət/ Məhsullar və əldə etdiyiniz hostinq xidmətinin üzərinə klikləyin. Qısa yollar bölməsində Hostimul Website Builder düyməsini klikləyin.

 

Qeyd: Veb sayt qurucusu vasitəsilə sayt qurmaq üçün ilk öncə hostinq xidməti əldə etmək vacibdir.

 

 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com