Nanorobotlar beynimizi bulud texnologiyalarına bağlayacaq
Futuroloqlar hesab edirlər ki, 2050-ci ilə kimi nanorobotlar insan beynini birbaşa bulud texnologiyasına bağlayacaqlar. Bu texnologiya sinir sistemimizə tətbiq olunaraq, insanları tam virtual reallığa salacaq.
Hal hazırda smarfonlarımızla etdiylərimizi, beynimizdə həyata keçirib, istədiyimiz halda yaddaş həcmini artırmaq imkanı əldə edəcəyik. İnsanlar daha yaddaş ilə bağlı problem yaşamayacaqlar.
Süni intellekt işlə təmin edilmə məsələsinə müsbət təsir edəcək
Çoxları gələcəkdə robotların iş yerlərində insanları əvəz edəcəyi və insanların işsiz qalacağı barəsində nərahat olurlar. Forbes jurnalına əsasən, 2020-ci il üçün Süni İntellekt 2,3 milyon yeni iş yeri yaradaraq, əksinə bu məsələyə müsbət təsir göstərəcək.
Və burada söhbət hələ 2020-ci ildən gedir, təsəvvür edin 30 il sonra Süni İntellekt həyatımızda nə böyük rol oynayacaq.
Əşyaların İnterneti məhsulların dizaynına təsir göstərəcək
Forbes hesab edir ki, 2020-ci ilə qədər elektron cihazların 95% -i Əşyaların İnternetinə qoşulacaq.
Təqribən, 2050-ci ilə qədər demək olar ki, bütün əşyalar bulud və İnternetə bağlanacaq.
Kosmik turizm: bir həftə orbitada
Business Insider-ə əsasən 2050-ci ilə kimi kosmik turizm həyata keçirilə bilər. Lakin bu cür səyahətə sadəcə çox zəngin insanlar çıxa biləcəklər. Jeff Bezos Blue Origin və Elon Musk SpaceX kimi raket şirkətləri 2050-ci ilə kimi bü cür türizmi inkişaf etdirəcəklər və kosmik səyahətlər mümkün olacaq.
Özünü idarə edən avtomobillər sürücülüyü daha təhlükəsiz edəcək
Son illərdə özünü idarə edən avtomobillər ilə baş verən yol qəzaları haqqında bir çox hadisələrə baxmayaraq, Süni İntellektin bu sahəsi yollarımızdakı qəzaları əhəmiyyətli dərəcədə azalda bilər. Stanford Universitetinin hesabatına görə, özünü idarə edən avtomobillər həm yol qəzalarının sayını azaldacaq, həm də insanların həyat tərzini dəyişdirəcək. Özümüz üçün daha çox vaxt ayıra biləcəyik.
Bitkilərdən enerji yığan smartfonlar
Bilirdiniz ki, mobil telefonunuz bitkilərdən enerji toplaya bilər? Meşələr gələckdə enerji stansiyaları kimi fəaliyyət göstərə bilər. Bugün bu artıq mümkündür, məsələn təmiz texnologiylar sahəsində çalışan Bioo şirkəti elektrik enerjini bitkilərin fotosintezindən istehsal edir.
Okean enerjisi bizi 100% bərpa edilən enerji ilə təmin edə bilər
Okeanın istilik enerjisi istifadə olunmayan vəsait və dünyanın bərpa edilən enerji qaynaqlarından biridir. Məsələn, hazırda özlərini texnologiya provayderi adlandıran Bluerise okean termal enerjisinin çevrilməsi yolu ilə kommunal miqyaslı elektrik enerji istehsal edən enerji atılımı yaradılması üçün çalışır.
Bu texnologiya gələcəkdə enerji balansında həlledici bir rol oynayacaq, çünki hər zaman mövcud olan enerji mənbələrindən biridir.
2020-ci ilə kimi Avropa ölkələri 800 min IT işçisinin çatışmazlığı ilə üzləşəcək
Avropada proqramçılara böyük tələbat var, lakin əksər IT-təhsil yalnız ingilis dilində mövcuddur. Avropada danışılan 24 rəsmi dil ilə, İngilis dili bilməyənlərin öz ana dilində təhsil almağı üstün tutmaları təəccüblü deyil.
Bu gün kodlaşdırma sahəsində ixtisaslaşan bir çox akademiya, məktəb və universitetlər yalnız müəyyən şirkətlərin tələblərinə cavab verən kiçik istehsalçıların təliminə diqqət yetirirlər.