WordPress şablonunu necə quraşdırmaq olar?

WordPress saytınız üçün müxtəlif şablonları istifadə edə bilərsiniz. Şablonları quraşdırmağın bir neçə yolu mövcuddur:

Şablonu internetdən kompüterinizə endirib; daha sonra WordPress idarə etmə paneli vasitəsilə onu yükləyə bilərsiniz.

WordPress Dashboard Themes bölməsində axtarış vasitəsilə şablonu tapıb seçə bilərsiniz.

Şablonun WordPress Dashboard vasitəsilə axtarışı

WordPress-də çablonları müəyyən açar sözlər və ya parametrlər əsasında axtara bilərsiz. WordPress Dashboard vasitəsilə axtarış etmək üçün:

Sol menyuda Appearance > Themes bölməsini klikləyin:

Ekranın yuxarı hissəsində Add New>Install Themes düyməsini klikləyin. Burada mövcud olan WordPress şablonlarını görə bilərsiniz:

Şablonun quraşdırılması

WordPress şablonunun iki yükləmə üsulu var.

Qeyd: Bütün şablonlar WordPress-in son versiyası ilə uyğun gəlmir.

Seçilmiş şablonun WordPress-in quraşdırılmış versiyasına uyğun olduğundan əmin olun.

WordPress Theme Installer

WordPress installer vasitəsilə yüklənmiş WordPress şablonunu quraşdırmaq üçün:

Sol naviqasiya menyusundan Appearance > Themes seçin.

Ekranın yuxarısında Add New> Install Themes düyməsini klikləyin:

Upload düyməsini klikləyin, Browse seçin və kompüterinizdəki müvafiq fayla keçin:

Fayllar .zip formatında olmalıdır. Install Now düyməsini klikləyin.

Activate düyməsini klikləyin:

Şikayət Forması