MySQL verilənlər bazasının yaradılması
1. cPanel hesabınıza daxil olun.
2. Databases kateqoriyasında MySQL Databases işarəsini klikləyin.
3. New Database sahəsində verilənlər bazasının adını daxil edin.
4. Create Database üzərinə klikləyin.
5. Go Back üzərinə klikləyin.
Yeni verilənlər bazası Current Databases adında cədvəldə əmələ gələcək.
Verilənlər bazasının silinməsi
1. Current Databases bölməsinə keçin.
2. Silmək istədiyiniz verilənlər bazasının yanında yerləşən Delete Database linkinə klikləyin.
İstifadəçini silmək istəyirsinizsə, cədvəlin yanındaki «X» işarəsinin üzərinə klikləyin.
Verilənlər bazasında istifadəçinin yaradılması və silinməsi
Verilənlər bazasını yaratdığdan sonra, istifadəçi yaradıb onun icazələrini yeni yaradılan verilənlər bazasına əlavə etmək lazımdır. Unutmayın ki, MySQL hesabları e-poçt və admin hesablarından ayrı yaradılmalıdır.
Verilənlər bazasına istifadəçinin əlavə edilməsi
1. MySQL Databases-də MySQL Users bölməsini tapın. Bu bölməni tez tapmaq üçün Jump to MySQL Users üzərinə klikləyin.
2. Add New User bölməsində istifadəçi adını daxil edin.
Qeyd. İstifadəçi adı maksimum 7 hərfdən ibarət olmalıdır.
3. Password sahəsində şifrəni daxil edin.
Etibarlı şifrə yaratmaq üçün, Generate Password düyməsini klikləyin.
4. Password (Again) sahəsində şifrəni yenidən daxil edin.
5. Create User üzərinə klikləyin.
İstifadəçinin verilənlər bazasından silinməsi
1. Current Users bölməsinə keçin.
2. Silmək istədiyiniz istifadəçinin adının yanında qırmızı «X» işarəsini klikləyin.
İstifadəçininicazələrinin təyin edilməsi
İcazələr istifadəçinin verilənlər bazasını necə istifadə etməyini təyin edir.
Məsələn, istifadəçi məlumatları əlavə edə və ya silə biləcəyini müəyyən edəcəklər.
İstifadəçinin verilənlər bazasına əlavə edilməsi
1. Add User to Database bölməsindəki açılan User menyusunda istifadəçini seçin.
2. Database açılan menyusunda istifadəçiyə icazə vermək istədiyiniz verilənlər bazasını seçin.
3. Add üzərinə klikləyin.
4. MySQL Account Maintenance səhifəsində istifadəçiyə vermək istədiyiniz icazələri və yabütün icazələri vermək üçün ALL PRIVILEGES-i seçin.
5. Make Changes üzərinə klikləyin.