Bu məqalədə WordPress-in URL-ini dəyişmək haqqında məlumat verəcəyik. Mövcud WordPress saytını yeni domenə köçürmək istədiyinizdə və ya saytı müvaqati URL ilə test etmək məqsədilə lazım ola bilər.
1. cPanel-ə daxil olun
2. Databases bölməsində phpMyAdmin üstünə klikləyin:
3. phpMyAdmin-in sol panelində WordPress verilənlər bazasının üstünə klikləyin:
Qeyd: Username_wpXXX və ya username_a2wpXXX WordPress-in verilənlər bazasıdır. Burada username – istifadəşi adıdır, XXX isə - üç rəqəmlidir.
4. Table başlığının altında wp_options cədvəlinin üstünə klikləyin:
5. option_name başlığı altında siteurl tapıb, Edit düyməsini klikləyin:
6. option_value sahəsində mövcud URL-i istifadə etmək istədiyiniz yeni URL-ə dəyişdirin.
7. Go düyməsini klikləyin. phpMyAdmin dəyişiklikləri cədvəldə saxlayır.
8. option_name başlığının altında home bölməsini tapıb, Edit düyməsini klikləyin:
9. option_value sahəsində mövcud URL-i istifadə etmək istədiyiniz yeni URL-ə dəyişdirin.
10. Go düyməsini klikləyin. phpMyAdmin dəyişiklikləri cədvəldə saxlayır. Artıq WordPress yeni URL ilə düzgün çalıacaq.
Faydalı Linklər