WordPress-in URL-ini phpMyAdmin vasitəsilə necə dəyişdirmək olar?

Bu məqalədə WordPress-in URL-ini dəyişmək haqqında məlumat verəcəyik. Mövcud WordPress saytını yeni domenə köçürmək istədiyinizdə və ya saytı müvaqati URL ilə test etmək məqsədilə lazım ola bilər.

WordPress-in URL ünvanının dəyişdirilməsi

1. cPanel-ə daxil olun

2. Databases bölməsində phpMyAdmin üstünə klikləyin:

3. phpMyAdmin-in sol panelində WordPress verilənlər bazasının üstünə klikləyin:

Qeyd: Username_wpXXX və ya username_a2wpXXX WordPress-in verilənlər bazasıdır. Burada username – istifadəşi adıdır, XXX isə – üç rəqəmlidir.

4. Table başlığının altında wp_options cədvəlinin üstünə klikləyin:

5. option_name başlığı altında siteurl tapıb, Edit düyməsini klikləyin:

6. option_value sahəsində mövcud URL-i istifadə etmək istədiyiniz yeni URL-ə dəyişdirin.

  • Düzgün URL-i daxil etdiyinzdə əmin olun, əks halda WordPress mövcud olmayacaq.
  • URL-in http: // ilə başlanmasında əmin olun.
  • URL-in çəpəki xətt (/) ilə tamamlanmadığında əmin olun.

7. Go düyməsini klikləyin. phpMyAdmin dəyişiklikləri cədvəldə saxlayır.

8. option_name başlığının altında home bölməsini tapıb, Edit düyməsini klikləyin:

9. option_value sahəsində mövcud URL-i istifadə etmək istədiyiniz yeni URL-ə dəyişdirin.

10. Go düyməsini klikləyin. phpMyAdmin dəyişiklikləri cədvəldə saxlayır. Artıq WordPress yeni URL ilə düzgün çalıacaq.

Şikayət Forması