phpMyAdmin-in sonuncu versiyasında verilənlər bazasının adını dəyişmək artıq mümkündür. Lakin, verilənlər bazasının adını dəyişərək ona bağlı istifadəçi icazələrini və skriptləri də dəyişməlisiniz.
1. cPanel-ə daxil olun
2. MySQL Databases işarəsini klikləyin:
3. Səhifənin aşağı hissəsində Current Databases bölməsinə keçin.
Adını dəyişmək istədiyiniz verilənlər bazasını seçin və orada qeyd edilən istifadəçi adını yaddaşınızda saxlayın və ya kağıza qeyd edin. Bu məlumat sizə lazım olacaq.
4. Verilənlər bazasının qarşısında Rename düyməsini klikləyin:
5. Yeni açlan pəncərədə verilənlər bazasının yeni adını daxil edin və Proceed düyməsini klikləyin:
Dəvam etmək üçün cPanel-in əsas səhifəsinə qayıdın.
1.cPanel-in əsas səhifəsinə qayıdın.
2.MySQL Databases işarəsini klikləyin.
3. Səhifənin aşağı hissəsində Add User To Database bölməsinə keçin.
4. Siyahıdan verilənlər bazasını seçin.
5. Verilənlər bazasının istifadəçisini siyahıdan seçin (verilənlər bazasına bağlı istifadəçini).
6. Add düyməsini klikləyin:
7. User Privileges səhifəsində All Privileges-ın qarşısında quş qoyun:
8. Make Changes düyməsini klikləyin.
Faydalı Linklər