İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

phpMyAdmin-də verilənlər bazasının adını necə dəyişmək olar?

phpMyAdmin-in sonuncu versiyasında verilənlər bazasının adını dəyişmək artıq mümkündür. Lakin, verilənlər bazasının adını dəyişərək ona bağlı istifadəçi icazələrini və skriptləri də dəyişməlisiniz.

Verilənlər bazasının adının dəyişdirilməsi

1. cPanel-ə daxil olun

2. MySQL Databases işarəsini klikləyin:

3. Səhifənin aşağı hissəsində Current Databases bölməsinə keçin.

Adını dəyişmək istədiyiniz verilənlər bazasını seçin və orada qeyd edilən istifadəçi adını yaddaşınızda saxlayın və ya kağıza qeyd edin. Bu məlumat sizə lazım olacaq.

4. Verilənlər bazasının qarşısında Rename düyməsini klikləyin:

5. Yeni açlan pəncərədə verilənlər bazasının yeni adını daxil edin və Proceed düyməsini klikləyin:

Dəvam etmək üçün cPanel-in əsas səhifəsinə qayıdın.

İstifadəçi məlumatlarının dəyişdirilməsi

1. cPanel-in əsas səhifəsinə qayıdın.

2. MySQL Databases işarəsini klikləyin.

3. Səhifənin aşağı hissəsində Add User To Database bölməsinə keçin.

4. Siyahıdan verilənlər bazasını seçin.

5. Verilənlər bazasının istifadəçisini siyahıdan seçin (verilənlər bazasına bağlı istifadəçini).

6. Add düyməsini klikləyin:

7. User Privileges səhifəsində All Privileges-ın qarşısında quş qoyun:

8. Make Changes düyməsini klikləyin.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜