PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar?

Hesabınız  üçün quraşdırılmış PHP versiyasını yoxlamaq üçün iki üsul mövcuddur. Default olaraq serverlərimizdə PHP 5.6 quraşdırılır.

Hesabınız üçün hansı PHP versiyasının seçildiyini yoxlamaq üçün cPanel Software bölməsində > Select PHP version  menyusunu seçin:

 

 

Hazırki PHP versiyasını PHP uzantılarının yuxarısınıda görəcəksiniz:

 

 

PHP versiyasını yoxlamaq üçün başqa üsul PHPinfo () funksiyasıdır, adətən PHP konfiqurasiyasının mövcud vəziyyətini yoxlamaq üçün istifadə olunur. Bütün EGPCS (Environment, GET, POST, Cookie, Server) verilənlərini daxil etdiyi üçün, bu üsulu həmçinin debaqqinq üçün də istifadə etmək olar.

Bu funksiyanı aktiv etmək üçün aşağıdakı adımları yerinə yetirin:

 

1. cPanel hesabına daxil olun, Files bölməsində> File Manager menyusuna keçin:

 

 

2. public_html kataloquna keçin və New File üzərinə klikləyin və phpinfo.php faylını yaradın:

 

 

 

3. Yeni yaradılmış faylı siyahıda tapın və Code Editor düyməsini klikləyin:

 

 

4. Aşağıdakı kodun sətirlərini fayla əlavə edin və Save Changes düyməsini klikləyin:

<? PHP

phpinfo ();

?>

 

Hesabınızın PHP konfiqurasiyası haqqında ətraflı məlumatı görmək üçün brauzerinizdə http://yourdomain.com/phpinfo.php linkini yourdomain.com.-u əsas domen adınız ilə əvəz edərək, açın.

Qeyd: Təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün məlumatları yoxlayandan sonra faylı silməyi unutmayın.

Coupon partner DomainhostCoupon.com