hostimul
Bütün məqalələr
PHP

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar?

Hesabınız üçün quraşdırılmış PHP versiyasını yoxlamaq üçün iki üsul mövcuddur. Default olaraq serverlərimizdə PHP 5.6 quraşdırılır.

Hesabınız üçün hansı PHP versiyasının seçildiyini yoxlamaq üçün cPanel > Software bölməsində > Select PHP version menyusunu seçin:

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 1

Hazırki PHP versiyasını PHP uzantılarının yuxarısınıda görəcəksiniz:

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 2

PHP versiyasını yoxlamaq üçün başqa üsul PHPinfo () funksiyasıdır, adətən PHP konfiqurasiyasının mövcud vəziyyətini yoxlamaq üçün istifadə olunur. Bütün EGPCS (Environment, GET, POST, Cookie, Server) verilənlərini daxil etdiyi üçün, bu üsulu həmçinin debaqqinq üçün də istifadə etmək olar.

Bu funksiyanı aktiv etmək üçün aşağıdakı adımları yerinə yetirin:

1. cPanel hesabına daxil olun, Files bölməsində> File Manager menyusuna keçin:

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 3

2. public_html kataloquna keçin və New File üzərinə klikləyin və phpinfo.php faylını yaradın:

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 4

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 5

3. Yeni yaradılmış faylı siyahıda tapın və Code Editor düyməsini klikləyin:

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 6

4. Aşağıdakı kodun sətirlərini fayla əlavə edin və Save Changes düyməsini klikləyin:

PHP

phpinfo ();

?>

PHP-in versiyasını və konfiqurasiyasını necə yoxlamaq olar? — ekran görüntüsü 7

Hesabınızın PHP konfiqurasiyası haqqında ətraflı məlumatı görmək üçün brauzerinizdə http://yourdomain.com/phpinfo.php linkini yourdomain.com.-u əsas domen adınız ilə əvəz edərək, açın.

Qeyd: Təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün məlumatları yoxlayandan sonra faylı silməyi unutmayın.