cPanel-də faylı və ya qovluğu necə bərpa etmək olar?

Saytınıza aid vacib faylı və ya elektron məktubu təsadüfən sildiyiniz halda onları bərpa edə bilərsiniz.

Qeyd: Saytda proqram təminatını yeniləmədən öncə ehtiyat nüsxəsini (backup) aparmaq məsləhətdir. Yeniləmənin uğursuz olduğu halda istədiyiniz zaman köhnə versiyaya qayıda bilərsiniz.

 

cPanel-ə daxil olun

Files bölməsinə keçin

File and Directory Restoration ikonunu klikləyin

 

 

Açlan interfeys iki hissədən ibarətdir:

 

Files and Directories

Backups

 

Bizə Files and Directories hissəsi lazım olacaq: 

 

 

Faylın yolunun tapılması vasitəsilə

 

Enter a path radio düyməsini seçin

Faylın və ya qovluğun yolunu aşağıdaki sətrdə daxil edin.

Faylın və ya qovluğun ehtiyat nüsxələrinin (backup-ların) siyahısını görmək üçün Show Backups düyməsini klikləyin:

 

 

Backups bölməsində bərpa etmək istədiyiniz ehtiyat nüsxəsini seçin və Restore düyməsini klikləyin.

 

 

cPanel təsdiqləmə tələb edəcək. Təsdiq etmək üçün Restore düyməsini klikləyin:

 

 

Prosesin uğurla başa çatması haqqında ismarıc alacaqsınız:

 

 

Home qovluğu vasitəsilə

 

Browse files and directories radio düyməsini seçin.

Qovluğun məzmununu görmək üçün üzərinə klikləyin.

Faylın və ya qovluğun backup siyahısını görmək üçün Show Backups düyməsini klikləyin.

 

 

Backups bölməsində bərpa etmək istədiyiniz ehtiyat nüsxəsini seçin və Restore düyməsini klikləyin.

 

 

cPanel təsdiqləmə tələb edəcək. Təsdiq etmək üçün Restore düyməsini klikləyin. Prosesin uğurla başa çatması haqqında ismarıc alacaqsınız.

 

Coupon partner DomainhostCoupon.com