cPanel-də domeni necə redirect etmək olar?

cPanel vasitəsilə iki domen arasında redirect quraşdırmaq üçün növbəti addımalrı yerinə yetirin:  

 

1. cPanel-ə daxil olun.

2. Əsas səhifədə, "Domains" kateqoriyasında, "Redirects" bölməsinin üzərinə klikləyin:

 

 

3. İstifadə etmək istədiyiniz redirection növünü seçin:

 

• Daimi (301): bu yönləndirməni qurarkən köhnə domen axtarış sistemlərindən silinəcək və nəticədə onun yerini yeni bir domen tutacaq. 

 • Müvəqqəti (302): axtarış sistemlərinə səhifənin müvəqqəti olaraq yeni ünvana köçürüldüyünü və bir müddətdən sonra yenə köhnə ünvanda mövcud olacağını bildirir. Bu növ redirect sayt quraşdırma mərhələsində olduqda istifadə oluna bilər. 

 

 

4. Açılan menyudan, redirect etmək istədiyiniz domen adını seçin:

 

 

 

5. Redirects to field sahəsinə domeninizin yönəldiyi səhifənin tam URL ünvanını daxil edin.

 

Qeyd: Həmçinin protokolu daxil etməlisiniz, məsələn http: //, https: //

 

 

6. Domeninizin  www vasitəsilə redirect olub olmamasını seçin.:

 

Only redirect with www.: Redirect ünvanda yalnız www olduqda həyata keçirilir.

Redirect with or without www.: Redirect www-nun ünvanda olub olmadığından asılı olmayaraq həyata keçirilir.

Do Not Redirect www.: Redirect www-nu ünvanda olduğu halda həyata keçirilmir.

 

 

7. Wild Card Redirect qurarkən, istifadəçilər sorğunun növündən asılı olmayaraq yeni domenə keçəcəklər.

 

 

Redirect-i həyata keçirmək üçün Add düyməsini klikləyin.

Coupon partner DomainhostCoupon.com