İdarəetmə Paneli

CPanel və WHM server və serverdəki hostinq hesablarını idarə etmək üçün istifadə olunurlar. WHM serveri idarəetmə və administrator hesablarını asanlaşdırmaq,  Cpanel isə hostinq hesabını idarə etmək üçün nəzərdə tutulmuşdur. WHM və Cpanel bir paketdə təqdim olunur.
WHM - (Web Host Manager) serverdə (php, exim e-poçt serveri, apache, mysql, DNS server, və s.) kimi müxtəlif xidmətlərin qurulmasına və idarə olunmasına imkan verir. 
Cpanel, server administratorunun yaratdığı hesabı idarə etməyə imkan verir. Cpanel xüsusiyyətləri olduqca genişdir və bir çox funksiyaları yerinə yetirir. E-poçt hesabı yaratmaq, hesabınıza domen adları əlavə etmək, FTP hesabı və verilənlər bazası yaratmaq, PhPMyAdmin istifadə edərək verilənlər bazası idarə etmək, faylları redaktə etmək və s. kimi xidmətləri təmin edir. 
 

Coupon partner DomainhostCoupon.com