Videonu izləmədən öncə elektron poçt hesabınıza daxil olun.
İndi isə gəlin Outlook-da Favorite Folders bölməsini istifadə etməyi öyrənək.
Sol menyunun yuxarı hissəsində Favorite Folders bölməsini görəcəksiniz.
Əgər siz daxilində bir neçə qovluq olan, bir neçə elektron poçt hasabını idarə edirsinizsə, soldaki hesablar və qovluqlar siyahısı uzun ola bilər.
Tez-tez istifadə etdiyiniz qovluqların mövcudluğu sizin üçün faydalı ola bilər.
Bunun üçün tez-tez istifadə olunan qovluqları Favorite Folders bölməsinə əlavə edin.
Gəlin birini elə indi əlavə edək. Xüsusi hesab etdiyiniz qovluqu tapın və üzərinə siçanın sağ düyməsi ilə klikləyin. Sonra Show in Favoritesdüyməsini klikləyin.
Bax belə! İndi bizim qovluq Favorites bölməsindədir.
Burada qeyd olunan qovluqlar əsas qovluqların kopiyalarıdı, buna görə Favorites bölməsində etdiyiniz dəyişikliklər, həmçinin əsas qovluqlara tətbiq olunacaq.
Favorites bölməsinə istədiyiniz qədər qovluq əlavə edə bilərsiniz.
Faydalı Linklər