Dayandırılmış hesabın səhifəsini necə redaktə etmək olar?

Videoya baxmadan öncə WebHost Manager hesabınıza daxil olun.

WHM ilə hostinq hesblarını dayandırmaq imkanınız var.

Hesab həddinən artıq server resurslarını istifadə etdiyi, müştəri vaxtında ödənişi etmədiyi və ya trafik limitini keçdiyi hallarda edə bilərsiniz.

Gəlin saytın bloka salındığı halda, istifadəçinin brauzerində əks olunan səhifəni redaktə etməyi öyrənək.

Sol tərəfdə Accounts Functions Web Template Editor linkini tapın.

Web Template Editor bölməsinə keçin.

Account Suspended bölməsinə keçin.

Burada siz dayandırılmış hesabların səhifəsini dəyişdirə bilərsiniz.

Gəlin dayandırılmış hesablar səhifəsinə uyğun olan, xüsusi HTML kodunu daxil edək.

Bütün mətni seçin (HTML kodu tam dəyişəcəyik).

İndi isə dayandırılmış hostinq hesabının səhifəsinin HTML kodunu daxil edin.

İşiniz bitdikdən sonra Save düyməsini klikləyin.

Biz dayandırılmış hesabın ana səhifəsinin yerinə əks olunan səhifəni dəyişdirdik.

Web Template Editor bölməsinə keçərək, biraz öncə redaktə etdiyimiz səhifəni əvvəlcədən görə bilərsiniz.

Aşağı düşübPreviewdüyməsini klikləyin.

Coupon partner DomainhostCoupon.com