Əgər bu videonu izləyirsinizsə, o dəməkdir ki 1and1.com saytında qeydiyyatdan keçirdiyiniz domen adınız var. Hesabınıza daxil olmaq üçün "Daxil ol" düyməsini klikləyin. Domen adını və şifrəni daxil edin, sonra isə "Daxil ol" düyməsini klikləyin. Sonra isə "Domenin idarə edilməsi" düyməsini klikləyin. "Subdomen yarat" keçidinə basın.
1and1.com saytında şəxsi neymserverlərin yaradılma prosesi biraz fərqlidir. İlk öncə, neymserver yaratdığımız bir domenə aid iki subdomen yaratmaq lazımdır. Yaratmaq istədiyiniz birinci neymserveri daxil edin. Sonra isə "Subdome yaratmaq" düyməsini basın. İkinci neymserverə subdomen yaratmaq üçün prosesi təkrar edin. İndi isə "Subdomenlərin idarəolunması" düyməsini basın.
Növbəti addım - hər iki IP- ünvan üçün yaratdığımız və onlara bağlamaq istədiyimiz iki subdomeni qeyd etməkdir.
Subdomen üçün "DNS parametrlərini dəyişdirmək" düyməsini basın. "A" bölməsinin altında (IP-ünvanlar) "Digər IP- ünvan"-ı seçin. Sonra isə IP-ünvanı daxil edib, "Saxla" düyməsini basın. Təsdiqləmək üçün "Bəli" düyməsini basın. İkinci neymserver üçün IP-ünvan təyin etmək üçün bu addımları təkrarlayın.
Vəssalam! Siz uğurla domen adınız üçün şəxsi neymserverlər yaratdınız.
Faydalı Linklər