.net domeni nədir?

Tanınmış və etibarlı .net ən nüfuzlu üst səviyyəli domenlərdən biridir.  Bu domen adı ilk dəfə 1985-ci ilin yanvar ayında .com və .org daxil olmaqla, digər orijinal TLD (üst səviyyəli domenlər) ilə birlikdə təqdim olunmuşdur. O vaxtdan etibarən .net domen zonası ildən-ilə populyarlıq qazanırdı və 2011-ci ildə .com və .de. domenlərindən sonra ən çox seçilən domen oldu. 
Bu domen adı jurnalistika, telekommunikasiya və digər oxşar fəaliyyətlərlə məşğul olan şirkətlər və şəxslər üçün nəzərdə tutulub. Bugün .net domen adı artıq 200-dən çox ölkədə istifadə olunur. 
Bu domen .com və ya .biz domenlərinə əlavə olaraq şəxsi məlumatlarınızı və ticarət nişanınıza aid məlumatları qoruya bilər. Həmçinin .com zonasında artıq məşğul olan adı, burada tapıb qeydiyyatdan keçirə bilərsiniz. 
Baxmayaraq ki, .net domen adı ilk növbədə şəbəkə texnologiyaları ilə məşğul olan şirkətlərin maraqlarını nəzərə alaraq yaradılmışdır, bu gün .net müxtəlif şirkətlərin və fərdi şəxslər tərəfindən də istifadə olunur. 
 

Sosial şəbəkələrdə paylaş