Əgər veb sayt yaratmaq istəyirsinizsə doğru ünvandasınız. Məlumdur ki, veb sayt qurmaq texniki və proqramlaşdırma bilikləri tələb edir. Texniki və proqram bilikləriniz olmasa da bu məqalə ilə rekord müddətə veb sayt yaratmağın yollarını öyrənəcəksiniz.
Bu sahədə əvvəlcədən təcrübəniz yoxdusa aşağıdakı addımları izləmək məsləhətdir.
1. Düzgün veb sayt qurucusunu seçmək
Günümüzdə bir çox insan tez zamanda və asanlıqla sayt qurmaq üçün veb sayt qurucusuna müraciət edir. Bununla e-ticarət saytları, şəxsi bloq, biznes saytları yaratmaq mümkündür..
Üstəlik bunun üçün mükəmməl HTML, CSS bilikləri tələb olunmur. Yalnız mövzu seçir, zövqünüzə görə dəyişərək online rejimə keçirsiniz. Lakin, seçdiyiniz sayt qurucusu işinizi asanlaşdırmaqla yanaşı çətinliklə də üzləşdirə bilər. Buna görə də doğru sayt qurucusunun seçilməsi əsas məsələlərdəndir.
Əgər siz bu sahədə yenisinizsə nəzərinzə çatdıraq ki, Hotimul veb sayt qurucuları üçün keyfiyyətli hostinq paketləri təklif edir.
2. Domen adı seçin
Saytınızı onlayn görünməsi üçün domen adının olması lazımdır. Domen adı ziyarətçilərin sizi tapacağı addır. Hostimul.com domen adlarının geniş seçimini təqdim edir.
Domen seçərkən onun qısa və yadda qalan olmasına diqqət edin.
3. Mövzunu seçin
Yaxşı görkəmli və funkionallıq cəhətdən mükəmməl saytın qurulması çətin işdir. Lakin, veb sayt qurucu sizə peşəkarlıqla işlənib hazırlana bilən onlarla variant təklif edir. Nəzərə alın ki, seçdiyiniz mövzu saytınızın dizaynı üçün baza olacaqdır. Sürüşdürmə üsulu ilə siz saytı istədiyiniz kimi dəyişə və sazlaya bilərsiniz
4. Mövzunun sazlanması
Mövzu seçildikdən sonrakı mərhələ onun hazırlanmasıdır. Nəticə etibarilə sizə şablon deyil, özünəməxsus veb sayt lazımdır.
Mövzunu unikal görünüşünü və funkionllığını nəzərə almaqla özünükiləşdirmək vacibdir.
Bunun üçün aşağıdakı əməliyyatları edilməlidir:
- Veb saytınıza daha çox səhifə əlavə etmək
- Şablon şəkilləri öz şəkillərinizlə əvəzləmək
- Mövzunun rəng palitrasını dəyişmək
- Mətn hissəsinin yenidən qurmaq
- Şriftin formasını və ölçüsünü dəyişdirmək
- Yazı tipinin dəyişdirmək
5. Ön baxış və sonuncu düzəlişlərin edilməsi
Hazırlandıqdan sonra saytınızı dərhal onlayn görmək istəyirsiniz yalnız yayımlanmadan öncə son nəzərdən keçirmək məqsədəuyğundur. Sizin sayt qurucunuzda ön baxış funksiyası olacaqdır. Bununla siz saytınız necə göründüyünü yoxlaya biləcəksiniz. Bu sizə sonuncu dəqiqədə hər hansı səhvləri görməyə və onları düzəltməyə imkan verəcək.
Saytınıza baxarkən aşağıdakı sualları fikir verin:
- Hər hansı “gözə batan” qrammatik və orfoqrafik səhvlər mövcuddurmu?
- Fortmatda hər hansısa qəribəlik varmı?
- Mənim şəkillərim və ya videolarım mövcud dizaynı məntiqli edirmi?
- Bütün düymələr və işarələr işləyirmi?
- Ziyarətçilərim saytımda intuitiv olaraq gəzə biləcəkmi?
6. Saytınızı yayımlayın!
Bütün bu prosesləri keçdiniz artıq saytınızı online edə bilərsiniz. Təbrik edirik!
Saytınız yaymlandıqdan sonra da düzəlişlər edə bilərsiniz. Artıq saytınızı reklam etməyin və İnternetdə arzunuzu reallaşdırmağın vaxtıdır. Saytınızdan təyinatından asılı olaraq inkişaf etdirmək üçün siz ona xüsusi marketinq elementləri də əlavə edə bilərsiniz.