Rəsmi olaraq internet mağaza açmazdan əvvəl, müəyyən detallara diqqət yetirməlisiniz. Aşağıda, bu işdə sizə yardımçı olmaq üçün bir neçə ipucu hazırladıq.
1. Məhsulun təsvirini optimallaşdırın
E-ticarətdə, sayt sizin markanızın təməlidir.
Buna görə saytınızı ən başından optimizə etmək çox vacibdir. Bu proses hostinqdən tutmuş texniki axtarış mühərriki və markalanmaya qədər olan bütün mərhələləri əhatə edir.
Burada üzərində dayanılacaq məqamlar kifayət qədərdir. Müştərilərinizin naviqasiya panelinə necə daxil ola biləcəyini və ya hansı əsas ifadələrin axtarış mühərriki reytinqlərinində üst sıralarda əldə edə biləcəyini düşünün.
Daha çox insanın mobil cihazlardan istifadə etdiyini nəzərə alaraq, veb-sayınızı smartfonlar və tabletlər üçün optimallaşdırın.
Onlayn mağazalar yaradarkən məhsulun təsvirinə adətən, kifayət qədər diqqət yetirilmir. Mətn məhsul haqqında bütün detalları və şəklini əhatə etməlidir.
2. Göndərmə üsuluna qərar verin
Bir çox e-ticarət saytları fiziki məhsullar satır. Bütün bu məhsulların necə çatdırılacağını müəyyən etmək lazımdır.
Çatdırılma bu işin açarıdır. Bir biznes sahibi olaraq, ən çox ehtimal ki, məhsulu A nöqtəsindən B nöqtəsinə çatdırmaq üçün ən aşağı qiymətə nail olmaq istəyirik. Müştərilər, öz növbəsində, məhsullarını mümkün qədər tez bir zamanda onların ünvanlarına çatdırılmasını istəyirlər.
3. Ünvanların siyahısını yaradın
Bir çox böyük şirkət ciddi şəkildə e-poçt marketinq etməyəcək. Eyni zamanda, bu cür marketinq hələ də potensial müştəriləri cəlb etmək üçün ən təsirli üsullardan biridir.
E-poçt vasitəsilə müştərilərinizə ən son məhsullar haqqında məlumat verə və son sifarişlərin çatdırılmasını təsdiq edə bilərsiniz.
5. Təqdimat strategiyası yaradın.
Çox vaxt online mağazaların yeni sahibləri öz işlərini təşviq kompaniyası ilə aparmalı olurlar. Keyfiyyətli bir məhsul təklif edirsinizsə, onu potensial alıcılara göstərməlisiniz.
İşinizi tanıtmadan öncə hədəf auditoriyasını müəyyənləşdirməlisiniz. İstehlakçıları yaxşı öyrənmiş olsanız, məlumatları harada tapacaqlarını da görəcəksiniz.
Müxtəlif reklam kanalları mövcuddur. Siz Facebook reklamları, strateji tərəfdaşlıq və ya sosial media mesajlarından başlaya bilərsiniz.