Müvafiq WordPress şablonunu necə seçmək?

, Müəllif:       0 Şərh
Müvafiq WordPress şablonunu necə seçmək?

WordPress yeni saytların yaradılması üçün bir çox şablon təklif edir. Bu şablonlar saytınız üçün geniş imkanlar yaradır. 


WordPress saytı üçün şablon seçərək onun çox funksiyalı və eyni zamanda asan idarə edilən olması vacibdir. Bəzi şablonlar verdiyi imkanlar məhdud və geniş funksiyalara malik olmadığına görə, sizə lazım olan xüsusiyyətləri müəyyənləşdirmək seçimi asanlaşdıracaq. 


Siyahı yaradın

İlk öncə saytınıza və onun dizaynına uyğun olan funksiyaları nəzərə almalısınız. Siyahını yaradaraq, aşağıdaki məsləhətlərə riayət edin. 

Siyahının yaradılması seçim prosesini tezləşdirib, saytınız üçün ən uyğun şablonu seçməkdə köməklik edəcək. Həmçinin şablonu fəaliyyət sahənizə əsasən seçə bilərsiniz. İstər restoran, səsyazma studiyası, istərsə də daşınmaz əmlak şirkəti və ya SEO marketinq şirkəti olsun —  fərq etmir WordPress-də həmişə saytınıza uyğun bir şablon tapa bilərsiniz. 


Optimizasiya olunmuş şablon nə deməkdir? 


Şablonun seçimində növbəti vacib faktor onun mobil cihazlar üçün uyğun olmasıdır. 20 il öncə internet istifadəçilərinin əksəriyyəti brauzeri şəxsi kompüterlərindən istifadə edirdilərsə, hal hazırda onlar saytlara daha çox smartfon, planşet və digər mobil cihazlardan daxil olurlar. 

Məhz buna görə, mobil cihazlar üçün optimizasiya olunmuş şablonu seçmək vacibdir. Çünki bu cür sayt potensial müştərilərin saytınıza müxtəlif cihazlardan daxil olmasına imkan verir. Eyni zamanda optimizasiya prosesində saytın ümumi stilinə təsir etməyən şablonu seçmək vacibdir. 


Şablonun dizaynı

Şablonun vizual tərəfi də vacib rol oynayır. Saytın dizaynı dəbli və maraqlı olaraq, eyni zamanda onun rahat və tez çalışmasına mane olmamalıdır. Şeçilən şablonun rəng palitrası da, onun istifadəçilər tərəfindən qəbul olunmasında mühüm rol oynayır. Məsələn, bəzi istifadəçilər dizaynda qara rəngi qəbul etmirlər. Gərək seçdiyiniz şablon istifadəçilər tərəfindən məlumtların asanlıqla oxunmasını təmin etsin və onların gözlərini yormasın. 

Şablonun funksiyaları


Söhbət saytın imkanlarından gedirsə, həddindən artıq funksiyaların əlavə edilməsi, saytın sürətinə mənfi təsir göstərə bilər. Saytın gec yüklənilməsi istifadəçilərin narazılığının səbəbidir. Çünki bir çox istifadəçi dizayndan savayı, asan istifadəyə önəm verir. 
Buna görə də, dizayn cəhətdən dəbli, lakin eyni zamanda istifadəsi asan olan şablon seçin.

 
WordPress şablonunu seçərək yuxarıda göstərilənlərə diqqət yetirsəz, özünüzə uyğun olan şablonu seçmək daha asan olacaq. 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com