Əgər bu sualı özünüzə verirsinizsə, deməli yeni saytı internetdə yerləşdirmək və ya mövcud olanı digər paketə köçürməyi düşünürsünüz. Lakin sizə tam uyğun paketi seçmək o qədər də asan bir iş deyil. Çünki, bir çox paketlər və onların təşkil etdiyi üstünlüklər arasında seçim edərkən, bir-birindən fərqli cəhətlərini anlamaq çox vacibdir. Uyğun hostinq paketinin seçimində sizə kömək etmək üçün, axtarış zamanı yaranan əsas suallar siyahısını yaratdıq:
1. Saytımın miqyası nə qədərdir?
Saytların ölçüləri bir-birindən fərqlənir: kiçik bir səhifəli saytlardan tutmuş çətin infrastruktura malik böyük e-ticarət saytlarına kimi dəyişir. Buna görə, sayt üçün tələb olunan resursların sayı da fərqlənir. Saytınızın nə dərəcədə həcmli olduğu və gələcəkdə həcminin nə qədər dəyişə biləcəyi haqqında öncədən diqqətlə düşünmək vacibdir.
2. Saytınızın təhlükəsizliyi hansı səviyyədə olmalıdır?
Əlbəttə ki, heç kim saytına kiber-hücum edilməsini istəmir və hər bir saytın müəyyən səviyyəli təhlükəsizliyə ehtiyacı var.
Üzərindən satışlar edilən və istifadəçilərin vacib məlumatlarını toplayan saytların təhlükəsizliyinə xüsusən diqqət yetirilməlidir. Əgər saytınızın istifadəçiləri bank kartlarının məlumatlarını sizə etibar edirlərsə, saytınızı müvafiq qorunma ilə təmin edib, etimadlarını doğrultmaq çox vacibdir.
3. Saytım nə qədər trafik qəbul edir?
Adətən yeni qurulmuş saytlar az trafik qəbul edir. Lakin, artıq hazır sayt sahibisinizsə, gələn trafikin yaxın gələcəkdə necə dəyişə biləcəyini hesablamanız məsləhətdir.
4. Saytımın yüklənmə sürəti necə olmalıdır?
Yüklənmə sürəti saytınızın uğurlu olmasında vacib rol oynayır. Buna görə, saytınızı yüksək yüklənmə sürəti ilə təmin edən hostinq paketini seçməlisiniz. Çünki, istifadəçinin saytınızda vaxt keçirməsi və ya gözləməkdən bezib onu tərk etməsi məhz onun sürətindən asılıdır. Yüksək trafik qəbul edən böyük saytlar üçün onları müvafiq yüklənmə sürəti ilə təmin edən hostinq paketi seçmək məqsədəuyğundur.
5. Birdən artıq domen adına ehtiyacım olarsa necə olar?
Bir çox domen kimə lazım ola bilər?
Məsəslən, bir neçə biznes layihələri olan sayt sahiblərinə. Bu halda bir çox domen adının istifadəsini mümkün edən hostinq paketi seçilməlidir. (Hostimul təklif etdiyi Expert paketində domen adlarının sayı limitsizdir).
6. Xüsusi parametlərə ehtiyacım varmı?
Paylaşımlı hostinqin qiymətləri sərfəli olsa da bu növ hostinq müəyyən limitləri nəzərdə tutur. Bəzi sayt istifadəçiləri üçün bu fakt əhəmiyyətli olmaya bilər, lakin saytı öz şərtləri ilə qurub, onu tam idarə etmək istəyənlərə VPS və ya Ayrılmış serveri seçməyi məsləhət görürük.