Google My Business Google-da şirkət haqqında məlumat yerləşdirmək üçün nəzərdə tutulub. Bu xidmət interfeysinə görə sosial şəbəkəni xatırladır və şirkəti internetdə tanıtmaq üçün ən sadə və rahat platformalardan biridir.
Google My Business-də qeydiyyatdan keçmək hansı üstünlükləri verir?
Yəqin ki, bu hal sizdə də baş verib. Şirkətin adını axtarış sətrinə daxil edərək onu xəritədə tapırsız, ancaq əlaqə telefon nömrəsi, veb sayt və iş saatları haqqında məlumat mövcud deyil. Bu hal Google My Business-in tam şəkildə istifadə olunmadığını göstərir.
Şirkətinizin adını axtarış sətrinə daxil edin və Google xəritələrində olub olmadığını yoxlayın. Əgər yoxsa, Google My Business-də qeydiyyatdan keçin. Çünki şirkəti bu platformada qeydiyyatdan keçirərək, hesabınızı təsdiq edə biləcəksiniz və digər internet istifadəçilərin sizin şirkət haqqında əlavə etdiyi məlumatları redaktə edə biləcəksiniz. Ayrıca, iş saatlarını qeyd etmək, müştəri rəylərinə cavab vermək və şirkət tərəfindən keçirilən aksiyalar haqqında məlumat əlavə etmək imkanlarınıda da əldə edəcəksiniz.
Statistika məlumatları
Orta səviyyəli texniki biliklərə malik olan istifadəçilər GoogleAnalytics xidmətinin əvəzinə, müəyyən statistik məlumatları Google My Business vəsitəsilə də əldə edə bilər. Bunun üçün sadəcə Statistika bölməsinə daxil olub istifadəçilər tərəfindən həyata keçirilən axtarışın birbaşa və ya təsadüfi olub olmadığını izləyə bilərsiniz.
Bu bölmədə istifadəçilərin Google axtarış və ya xəritə vasitəsilə şirkətinizi necə tapdıqlarını, “istiqamət almaq”, “zəng etmək” və “sayta daxil olmaq” kimi təklif olunan düymələri necə istifadə etdiklərini izləyə bilərsiniz. Bu məlumatlar isə trafiki artırmaq və yeni istifadəçiləri cəlb etmək məqsədilə istifadə olunur.
“Populyar vaxt” bölməsi müştərilərə təşkilatınızın ən çox ziyarət olunan saatları və orta hesabla orada neçə nəfərin olduğunu göstərir.
Əlbətdə ki, statistikanı Google My Business xidmətində izləmək Google Analytics-dən daha asandır, ancaq hədəflərin müəyyənləşdirməsi, konversiyaların izlənilməsi və ətraflı demoqrafik statistika hələki yalnız Google Analytics-də mövcuddur.
Olur ki, istifadəçi sizin təşkilatınıza bənzər bir şirkət axtarışındadır, lakin axtardığı təşkilat həmin saatlarda bağlı olur və ya artıq heç fəaliyyət göstərmir. Bax elə bu zaman istifadəçi Google Maps-da axtarış edərək, nəticədə şirkətinizə rast gəlir. Məhz bu səbəbdən Google My Business hesabına bacardığınız qədər çox məlumat əlavə etməlisiniz.
İstifadəçi rəyləri
Rəylər yalnız Google-daki reytinqinizi yox, həm də GoogleMaps-də şirkətinizin daha yüksək mövqe qazanmasına kömək edir. Bu, eyni zamanda xidmətlərinizdən istifadə etmək istəyən insanlar arasında etimad yaratmağa kömək edir. İstifadəçilərin sizə sual vermək və şirkət ulduzlarını birdən beşə qədər qiymətləndirmək imkanı olur. Əldə edilən nəticələr əsasında Google My Business şirkətiniz üçün müəyyən bir reytinq yaradır və axtarışda daha yüksək mövqe qazandırır.
Qeydiyyat başa çatdıqdan sonra şirkətiniz asanlıqla xəritələrdə tapılacaq, istifadəçilər isə iş saatlarınızı, ofisinizin ünvanı, virtual turlardan istifadə edərək içəri daxil ola, şəkillərə baxa və veb saytınıza baş çəkə və hətta zəng edə biləcəklər! Çalışın keyfiyyətli şəkilərdən istifadə edin və məlumatı mütamadi olaraq yeniləyin, çünki indi Google My Business-dəki hesabınız artıq vizit kartınız olacaqdır.
Biznesin sahibi olduğunuzu bildirmədiyiniz və funksiyalardan maksimum istifadə etmədiyiniz halda, səhifəniz bu cür əks olunur.

Tam məlumat əlavə edən təşkilatların səhifəsi isə bu cür görünür:

Soruşacaqsız, Google My Business-də qeydiyyatdan kecməyə dəyərmi? Nəticə əldə etmək üçün əslində çox vaxt lazım olmadığını nəzərə alsaq, dəyər. Platforma bütün növ təşkilatlar üçün uyğun olmasa da, şirkət haqqında xəbəri olmayan yeni müştəriləri cəlb edə bilər. Qeydiyyat pulsuzdur və cəmi bir neçə dəqiqə çəkir, buna görə onlayn reklam üçün pul xərcləyirsinizsə və şirkətinizi Google axtarışının ilk sətirlərində göstərmisinizsə, bu rahat, pulsuz və istifadəsi asan olan vasitəyə diqqət yetirməlisiniz.