Ehtiyat nüsxəsi aparmaq niyə vacibdir?

, Müəllif:       0 Şərh
Ehtiyat nüsxəsi aparmaq niyə vacibdir?

Hamımız bilirik ki, sabit diskin ehtiyat nüsxəsini aparmaq nə dərəcədə vacibdir. Vacib fayllarınızın həmişəlik yox olmasını dərk etmək həqiqətən xoşagəlməz haldı. Həmin həqiqət saytlara da aiddir. 

Demək olar ki, hər gün yeni bir kiber hücum haqqında eşidirik. Hakerlər hücumlarından zərər görməmək üçün saytınızın və məlumatlarınızın ehtiyat nüsxəsini aparmağı məsləhət görürük. 

Ehtiyat nüsxəsinin aparılması bir çox təhlükələrdən qoruya bilər. Bu məqələni oxuyub ehtiyat nüsxəni necə aparmaq və saytınızdakı faylları necə kopiyalamağı öyrənəcəksiniz. 

1. Haker hücumları

Bugün haker hücumları  internetdə artıq adi hala çevrilib. Hakerlərin məqsədi kredit kart məlumatlarını oğurlanmaq  və ya  sadəcə saytınıza zərər vermək ola bilər. Saytınız internetdə mövcuddursa  kiber-hücumlardan zərər çəkmə ehtimalınız hər zaman var. Məlumatlarınızı qorumağın ən yaxşı yolu ehtiyat nüsxəsinin aparılmasıdır. 

2. Kompüterin sınması

Faylların ehtiyat nüsxəsini kompüterə keçirmək əslində pis fikir deyil. Lakin, kompüterinizdə hər zaman hər hansı bir problem yarana bilər. Məsələn, sına və ya itə bilər. Bu cür hallara hazır olmaq üçün ehtiyat nüsxəsini aparmaq ən praktik və düzgün həlldir. 

3. Ziyanverici proqramlar və viruslar

Viruslar, troyan atları və digər ziyanverici proqramlar kompüterinizə müxtəlif yollarla düşə bilərlər. Özünüz də bilmədən onları mövzu və ya plaqin ilə yükləyə bilərsiniz. Saytdakı  faylların ehtiyat nüsxəsini aparmaqla  bu cür xoşagəlməz halların qarşısını almış olacaqsınız. 


4. Uğursuz yeniləmə

Gündəlik yenilənmələr saytın təhlükəsizliyinə müsbət təsir göstərir. Lakin yenilənmələr hər zaman uğurlu başa çatmır. Məhz buna görə, yenilənmədən öncə ehtiyat nüsxəsini aparmaq vacibdir. Saytlar plaqinlər, mövzular və proqram təminatları kimi bir çox komponentlərdən ibarətdir. Bu komponetlərin hər birinin uğursuz yenilənməsi saytınızın fəaliyyətini bir neçə saatlıq dayandıra bilər.

Şərh : 0

Coupon partner DomainhostCoupon.com