Cookie faylları nədir və onları qəbul etdikdə nə dəyişir?

, Müəllif:       0 Şərh
Cookie faylları nədir və onları qəbul etdikdə nə dəyişir?

 

Son illərdə demək olar ki, bütün saytlarda cookie faylları ilə bağlı ismarıc görürük və çox vaxt onları oxumadan qəbul edirik. 

Cookie haqqında nələri bilirik?

Cookie sözünün İngilis dilində peçenye (və ya çərəz) mənasını verdiyini yəqin ki, bilirsiniz? Cookie faylını istifadə edən bir sayta daxil olduğda, həmin o fayl kompüterinizdə və ya mobil cihazınızda saxlanılır. Fayla saytın adı və unikal istifadəçi ID-si daxildir. Mətn və ya nömrə formasında olan bu kiçik fayllar sayəsində şirkətlər öz saytlarını müəyyən bir istifadəçiyə görə uyğunlaşdırır və daha məqsədəuyğun malumatlar təqdim edə bilir. 

 

Qeyd: Brauzerdə inkoqnito rejiminin istifadəsi cookie fayllarının saxlanılması və yenilənməsinin qarşısını alır.

 

Cookie faylları hansı məlumatları saxlaya bilər?

 

Saytın adından və istifadəçi ID-sindən başqa, bəzi cookie faylları eləcə də aşağıda qeyd edilən məlumatları daxil edə bilər:

 

  • Saytda keçirdiyiniz vaxt müddətini
  • Saytda kliklədiyiniz linklər
  • Seçdiyiniz parametrlər
  • Daxil olduğunuz hesablar
  • Keçimişdə istifadə etdiyiniz saytlar haqqında məlumat
  • Səbətdəki məhsullar: məsələn internet mağaza saytı cookie fayllarını sifarişi etmədən öncə, səbətə əlavə etdiyiniz məhsulları yaddaşda saxlamaq məqsədilə istifadə edəcək.

 

Sosial şəbəkələr cookie faylları kliklədiyiniz linkləri izləmək və sonradan bu məlumatı daha maraqlı və uyğun material nümayiş etdirmək üçün istifadə edə bilər. Adətən cookie faylları istifadəçi təcrübəsini təkmilləşdirmək üçün istifadə olunur. Məxfiliyin tərəfdarları isə məlumatların toplanması ilə bağlı nərazıçılıqlarını bildirir.

 

Niyə son vaxtlar cookie haqqında ismarıclara tez-tez rast gəlirik?

 

2016-cı ildə Aİ-nın General Data Protection Regulation qərarı qüvvəyə mindi. Bu qərar, şirkətləri məlumat toplamadan öncə istifadəçinin razılığını almağa məcbur edir. Məhz buna görə son illər bir çox saytlarda cookie-lərin istifadəsi üçün icazıniz tələb olunur. 

 

Cookie-ləri qəbul etməyə məcbursunuzmu?

 

Xeyr, məxfi məlumatlarınızı paylaşmaq istəmədiyiniz halda, cookie-lərdən imtina edə bilərsiniz. Cookie istifadə edən saytlar icazənizi almağa məcburdurlar, əks halda müxtəlif qanunlarla görə böyük cərimə riski alırlar. 

Sözsüz ki, Cookie-ləri qəbul etməyin müsbət tərəfləri də var. Məsələn, hər hansı bir saytda qeydiyyatdan keçdikdə, cookie-lər məlumatlarınızı yaddaşda saxlayır və növbəti dəfələr sayta daxil olduğunuzda loqin və şifrəni daxil etmənizə artıq ehtiyac olmur. Cookie-ləri qəbul edərək, daha individual yanaşma əldə edirsiniz.

Buna görə də, məxfiliyin qızğın tərəfdarı deyilsinizsə, interneti rahat istifadə etmək üçün cookie-ləri qəbul etməyə dəyər. 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com