Bulud həlləri, internet vasitəsilə serverlərə, verilənlər bazalarına və digər IT xidmətlərinə icazəni təmin edir. Bu texnologiya bir çox vəzifələri istənilən vaxt və istənilən nöqtədən yerinə yetirməyə imkan verir. Son illər ərzində, bu üstünlükləri nəzərə alıb, şirkətlər, kütləvi şəkildə bulud texnologiyalarına keçməyə başladı. Bugün bulud informasiya texnoloqiyaların əsas istifadə üsullarından birinə çevrilib.
Bulud həllərinin əsas üstünlükləri hansılardır?
Sərfəli qiymətlər
Kiçik və orta biznes sahibləri üçün tam təminatlı server avadanlıqlarının icarəsi maliyyə cəhətdən əlverişsizdir. Buna görə son zamanlar sahibkarlar daha çox bulud texnologiyalarını seçirlər. Bulud texnologiyalarının ən vacib üstünlüklərindən biri də istənilən vaxt əlavə resurslar əldə etmək və sadəcə sərf edilən resurslar üçün ödəmək imkanıdır. Bundan əlavə bulud texnologiyasının istifadəsi serverə və digər avadalığa xərclədiyiniz pula qənaət etməyə imkan verir.
Rahat istifadə
Bulud texnologiyaların istifadəsi kifayət qədər asandır. Bu texnologiya güc istehlakını onlarla, hətta yüzlərlə dəfə artırmağa imkan verir. Daha əvvəl də qeyd olunduğu kimi, bulud xidmətləri xərcləri azaldır və şirkətin fəaliyyətinin effektivliyini artırır. Virtualizasiya texnologiyaları sayəsində resursları ehtiyaclarınıza uyğun dəyişdirmək, tətbiqetmələri quraşdırmaq və hər hansı bir yerdən bulud xidmətlərinə daxil olmaq mümkündür. Bu texnologiya sayəsində şirkətinizin işçiləri vəzifələrini həm ofisdə, həm də ofis xaricində yerinə yetirə bilərlər, çünki bütün məlumatlar bir bulud sistemində saxlanılır və lazım olan tək şey internetə çıxışdır.
Statistikaya əsasən, ofis işçilərinin 42% -i evdən işləməyi üstün tuturlar və bu imkanı əldə etmək üçün hətta daha aşağı əmək haqqına da razılaşmağa hazırdırlar. Yəni bulud texnologiyasına keçid, həmçinin şirkətin əmək haqqı xərclərini azalda bilər.
Məlumat təhlükəsizliyi
Məlumatların buludda saxlanılması tam təhlükəsizdir. Fiziki serverlər üçün istifadə olunan təhlükəsizlik vasitələri virtual serverlərdə də tətbiq olunur, məsələn: DDoS qoruma funksiyası ilə virtual serverlərə xaricdən çıxış firewall ilə məhdudlaşdırılır. Buludda saxlanılan məxfi məlumatlar istənilən vaxt uzaqdan silinə və ya digər hesaba köçürülə bilər.
Bəs virtual şəbəkə sıradan çıxsa nə olacaq?
Adətən, bu cür hallar baş vermir, çünki virtual serverlərdən birində problem yarandığı halda, məlumatlarınız dərhal başqa birinə köçürüləcək. Bu arada, köçürülmə prosesi saytınızın fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək.
Ehtiyat nüsxəsinin aparılmasının nə qədər vacib olduğunu hər kəs bilir. Bulud texnologiyaları ilə ehtiyat nüsxəsi sadəcə bir kliklə yaradılır, məlumat itkisi isə demək olar ki qeyri-mümkündür. Nə qədər ki internet bağlantısı var, istifadəçi məlumatları da mövcud olacaq. Faylların nüsxəsini yaratmaq və saxlamaq üçün heç bir əlavə proqram təminatı və avadanlıq quraşdırmağa ehtiyac olmayacaq. Bu proses tam olaraq saxlama platforması tərəfindən yerinə yetiriləcək.
Mövcudluq
Bulud həlləri komanda fəaliyyətini təkmilləşdirmək üçün ən effektiv yollardan biridir.
Ofisdəki işçilər ofisdən kənarda çalışanlar ilə məlumatları və yenilikləri real vaxtda paylaşa bilər. Qlobal icazə dünyanın müxtəlif ölkələrində yaşayan mütəxəssislərin birlikdə işləyə biləcəyini nəzərdə tutur.
Hostimul müxtəlif VPS (Virtual Şəxsi Server) həlləri təklif edir. VPS planlarımız haqqında daha çox məlumat əldə edin: