hostimul
Bütün xəbərlər

“Ən yaxşı müştəri cəlbi” sertifikatına layiq görüldük

Bakutel 2018 – “Best customer attraction”

Bakutel Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı ənənəvi olaraq hər il keçirilir. Keçən il bu tədbirə 20-dən çox ölkədən müxtəlif şirkətlər qatılmışdır və onların arasında Azərbaycan, Türkiyə, Çin, Fransa və ABŞ-ın da tanınmış şirkətləri var idi.

4-7 dekabr 2018-ci il Bakı Ekspo Mərkəzində keçirilən 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı Bakutel-2018 sərgisində biz də iştirak etdik.

5 dekabr tarixində müştərilər tərəfindən çox böyük maraq gördüyü üçün Bakutel Hostimul-u “Best customer attraction” sertifikatına layiq gördü.

Qeyd etmək istərdik ki, Hostimul şirkəti olaraq əsas vəzifəmiz keyfiyyətli hostinq xidmətləri ilə müştəriləri təmin etməkdir.