Subdomen yoxsa alt qovluqlar?

, Müəllif:       0 Şərh
Subdomen yoxsa alt qovluqlar?

Əksər İnternet resurs sahibləri tez-tez sual verirlər: “Mümkün alt qovluqlardan istifadə edərək səhifədə və ya subdomendə bölmələri necə təşkil etmək olar?” Yalnız səhifə sahibləri deyil, hətta SEO sahəsi üzrə ekspertlər üçün belə subdomenlərin və alq qovluqların SEO-ya təsiri daima müzakirə mövzusu olmuşdur. Yeni bloqumuzda bu mövzunun əsas vacib məqamlarını əhatə etməyə çalışacıq.

Subdomenlər və alt qovluqlar nədir?

Subdomen əsas domendən bir səviyyə aşağı olan domendir. Subdomenlərin yaradılması üçün bir sıra müxtəlif səbəblər var. İdeal olaraq, subdomenlər böyük trafikli saytlarda yaradırılır və məqsədləri əsas resursun mövzularını alt mövzulara və ya bölmələrə ayırmaqdan ibarətdir. Burada qeyd etmək lazımdır ki, xidmətinizin müştəriləri öz səhifələrini yerləşdirmək və səhifələrin yükünü balanslamaq üçün sizin subdomenlərdən istifadə edə bilər.

Qeydiyyatdan keçmiş domen adının sahibləri, məhdudiyyətlər və əlavə ödənişlər olmadan öz subdomenlərini yaratmaq imkanına malikdirlər. Subdomenin əlavə edilməsi ümumiyyətlə hostinq idarəetmə panelində aparıldığına görə lazımlı tədbirlər müxtəlif panellər üçün fərqli ola bilər.

Alt qovluqlar belə görünür: hostimul.com/blog

Subdomen belə görünür: blog.hostimul.com. Hətta www.hostimul.com subdomendir.

Bir subdomen və alq qovluq arasındakı fərq təkcə sintaksisdə ibarət deyil. Alt qovluq, axtarış motorları və istifadəçilərə məzmunun səhifənin qalan hissəsi ilə çox əlaqəli olması barədə siqnal verir.

Subdomenlər internet səhifəsinin reklamına necə təsir edir?

Qeyd etmək lazımdır ki, əsas domendən asılı olmayaraq hər bir subdomen axtarış motorları tərəfindən ayrıca indeksləşdirilir. Əsas domenlə əlaqəli məlumatların axtarışı, axtarış nəticəsində subdomenlərin məzmununu göstərməyə kömək etməyəcəkdir, eləcə də əksinə əgər subdomenlə əlaqəli məlumat axtarsanız, nəticədə əsas domenin məzmunu göstərilməyəcəkdir (əlbəttə ki, məzmun eyni mövzuya aid deyilsə). Digər tərəfdən, ayrı subdomendə yerləşən səhifə tamamilə müstəqildir və bu, SEO nöqteyi nəzərdən müsbət hal ola bilər. Əsas domen üzrə tətbiq edilən hər hansı bir əməliyyat subdomenə keçməyəcəkdir. Həmçinin, əsas səhifə yalnız bir bölgəyə aid olduğu halda, hər bir subdomenlər ayrı regionlara bağlana bilər.

SEO üçün alt qovluqlar daha yaxşıdır?

Bu sualın cavabını bilmək istədiyinizi bilirik, lakin bu cavabı sizə verməyəcəyik. Bəzi tədqiqatlar, SEO perspektivindən yanaşdıqda, heç bir fərq olmadığını söyləsə də, bəziləri bu fikirlə razı deyil. Alt qovluqların ən böyük marketinq faydası açar sözlərin sıxlığıdır. İşiniz üçün hər ikisindən istifadə etməyinizi məsləhər görürük. Real bir vəziyyətdə istifadə etdikdən sonra hansının sizə faydalı olduğunu görəcəksiniz. Craig Emerson “Subdomen yoxsa Alt Qovluqlar üzrə SEO Rəhbərliyi” (An SEO Guide On Subdomains vs. Subdirectories) adlı məqaləsində qeyd edir ki, sadəcə subdomendən alt qovluğa keçməklə SERP-də 57-ci sırada olmaq üçün top 100-dən çıxa bilmişdi və dəqiq bilirdi ki, top 200-də deyildi. Lakin, nəzərə almaq lazımdir ki, alt qovluq yanaşmasına keçmək təfərrüatlı plan və test tələb edir.

Nəticə

Startapçı və ya kiçik biznes sahibisinizsə, sizin üçün alt qovluqlar daha yaxşı seçim ola bilər. Bütün səy əsas domenin inkişafına yönəldilməlidir. Bu cür strategiya açar sözləri bir domendə cəmləşdirməyə kömək edir, alt qovluq strategiyası isə onları bir neçə istiqamətə bölür.

 

 

Şərh : 0

Coupon partner DomainhostCoupon.com