E-ticarət sürətli inkişaf edən və qiymətli sahələrdən biridir. Koronavirus epidemiyasının Çində başlamasından bu günə kimi, 100-dən çox ölkədə yeni hallar təsdiq edilmişdir. Dünyanın hər bir yerindən artıq minlərlə hallar haqqında məruzə edilir. Son hadisələrdən dolayı istehlakçı davranışındakı kiçik dəyişikliklərin vərdişə çevrilməsinə və e-ticarətin daha da böyüməsinə necə gətirib çıxartdığına şahidlik edə bilərik. Vəziyyəti nəzərə alaraq, e-ticarət saytınızı açmağın ən yaxşı vaxtdır.
Ən yaxşı səhifəni qurmaq üçün bəzi addımları sizlərə təqdim edirik:
- Marketinqi araşdırmaq
- Domen almaq
- Developer tapmaq
- Hostinq şirkəti seçin
- SSL Sertifikatını əldə edin
- Səhifənizin temasını seçin
- SEO strategiyası üzrə işləyin
- Sosial mediada təbliğ edin
Marketinqi araşdırın
Hər ilk addımda olduğu kimi, bu mərhələ də çox vacibdir və bunu gözardı etmək sonradan özünü hiss etdirə bilər. Marketinq bazarı araşdırması, şirkətin iş mühitinin bütün aspektlərini araşdıran marketinq tədqiqatlarının növlərindən biridir. Marketinqdə bazar araşdırmasının nəticələri rəqiblərin fəaliyyətlərin, bazar quruluşunu, bazarın tənzimlənməsi və stimullaşdırılması sahəsindəki hökumət qərarları, bazardakı iqtisadi meylləri anlamaq, texniki nailiyyətləri bilmək və istehlakçıya daha yaxın olmağa, onların ehtiyaclarını və əhval-ruhiyyəsini başa düşməyə və hiss etməyə imkan verən iş mühiti yaratmağa kömək edən bir sıra digər amilləri öyrənməkdir.
Domen alın
Domen adı nədir və bu haqda məlumatları bu bloqumuzdan əldə edə bilərsiniz. Lakin hazırda əsas diqqət mərkəzimiz domenin SEO-ya təsiridir. Düzünü desək, ən yaxşı domen ikinci dərəcəli domen hissəsində açar sözü olan domenlərdir. Bu açar söz mümkün olduğu qədər qısa olmalı, lakin işiniz haqqında maksimum hər şeyi ifadə etməlidir. Heç də asan deyil, düzdür? Burada ən yaxşı və asan olan hostimul.com-da domen adının alınması hissəsidir.
Developer tapın
Başlanğıc mərhələdə startapın inkişafı üçün prototip yaratmaq lazımdır: bunun üçün sizin böyük startap komandasına ehtiyacınız yoxdur, 2-5 developer olsa bəsdir. Dost-tanışlarınız və qohumlarınız arasında axtarmağa başlaya bilərsiniz. Soruşun bəlkə onların tanıdığı kimlərsə ola bilər. Startapa başlamaq üçün bir neçə developer, hər kəsin sevdiyi FFF (ailə, dostlar, axmaqlar) vasitəsi ilə mütləq tapılacaqdır. Əgər bu variant sizə uyğun deyilsə, standart işə qəbul prosesini gözdən keçirin.
Hostinq şirkətini seçin
Diqqət etməli olduğunuz ilk şey texniki xüsusiyyətlərdir. Server adi bir kompüterdir, yəni prosessoru, RAM-ı və sabit diski var. Bir serverdə, demək olar ki, min səhifə açmaq olar. Buna görə Serverin yükləmə müddəti vacib məqamdır. Bir çox provayderin onlarla serveri var. Bununla yanaşı, səhifənizin harada yerləşdiriləcəyi əvvəlcədən bilinmir. Buna görə də, sınaq müddətini (adətən pulsuz olur) istifadə edənə kimi hostinqin keyfiyyətini qiymətləndirə bilməyəcəksiniz. Serverin yükü səhifənin skriptlərinə uyğun olaraq vaxt təyin etməklə yoxlanıla bilər. Səhifənin yaranma vaxtından etibarən statistikanı toplamağa bir neçə gün lazımdır (PHP-nin icrası və MySQL sorğularının ayrıca işlənməsi), daha sonra sonra qrafikləri qurun və pik saatlarda performans pozğunluğunun olub-olmamasını müşahidə edin. Dəstək xidmətindən istifadə edin. Onlar uyğun vaxtda sizə cavab verməlidirlər. İlk ayda, məsələn, gündəlik ehtiyatların təşkili haqqında suallar verməklə, yoxlamaq vacibdir. Xüsusilə gecə və ya həftə sonları onlarla əlaqə qurmağa çalışın. Hostinq planlarını https://hostimul.com/az/ səhifəsində görə bilərsiniz.
SSL Sertifikatınızı alın
İlk təəssürat yaratmaq üçün yalnız bir şansınız var və bu ilk təəssüratdan sonra insanlar sizə inanmasalar, işiniz bitmişdir. İndiki zamanda biz heç vaxt olmayacağı qədər məlumatlarımıza qarşı həssasıq və e-ticarət standart istifadəçi adı və şifrə ilə yanaşı debit kart kimi məlumatları da tələb edir. Siz də, şifrələrinizi etibarlı olmayan bir səhifədə bölüşməyin pis bir fikir olduğunu düşünürsünüz? Elə düşünürsünüzsə, o zaman elə bu dəqiqə bir səhifə alın.
Səhifəniz üçün temanı seçin
Səhifənizin dizaynı sizə bir çox fürsət verə bilər, yaxşı dizaynı olan səhifələr müəyyən qaydalara əməl etməyən səhifələrdən daha çoxunu sata bilər. Bununla əlaqədar olaraq, dizayn mövzusunda neyromarketinq strategiyalarına nəzər salmağınızı təklif edirik və təcrübəmizə dayanaraq deyə bilərik ki, düymənin rəngini dəyişdirmək kimi sadə bir hərəkət belə klik nisbətini artıra bilər. Burada funksional tələbləri qeyd etmək yerinə düşər. Əvvəla, səhifəniz üçün funksional tələblərin siyahısını hazırlamalısınız (məsələn, bir alış-veriş səbəti, baxış sistemi, bloq və s.). Tema seçərkən, ən çox tələbinizə cavab verən birini axtarmalısınız. Əlbəttə bu hazır tema aldığınız təqdirdə keçərlidir. Developeriniz varsa, o zaman çox ehtimal ki, onun funksionallığını ehtiyaclarınıza uyğunlaşdıracaqsınız.
SEO strategiyası üzrə işləyin
Axtarış motorları marka məlumatlılığına kömək edir. Yüksək keyfiyyətli SEO və yüksək keyfiyyətli internet səhifəsi markaları ora çatdırır. Üzvi axtarış əksər şirkətlərin vebsaytının effektivliyinin əsas hissəsidir, həmçinin veb saytınıza istifadəçilərin cəlb edilməsində ən vacib komponentdir. İnternet səhifəniz üzrə yaxşı təcrübə qazanmış insanlar mütləq sizə qayıdacaqları üçün investisiya etməyə dəyər bir seçimdir. Hər kəs daha yaxşı üzvi sıralanma və maksimum gözdə olmaq istəyir. Buna nail olmaq üçün optimal istifadəçi əlaqələrinin böyük bir rolu olduğunu az adam başa düşür.
Sosial mediada təbliğ edin
İnsanların əksəriyyəti sosial medianın sizə böyük bir üstünlük verməyəcəyini söyləyəcək, lakin işinizin birini sosial media hesabı ilə və digərini sosial media olmadan təbliğ etsəniz, fərqi mütləq görəcəksiniz.
Hər hansı bir mal göndərməyə hazır olmadan əvvəl bütün bu təklifləri qeyd etməlisiniz. Gördüyünüz kimi e-ticarət səhifəsinə başlamaq olduqca diqqət tələb edən və detallı prosesdir. İnternet səhifəsini yaratmağın asan məsələ olmadığını düşünməyin. Ancaq müvəffəq olacağınıza əminik, sadəcə bəzi qaydalara əməl etməyə çalışın və müştərilərin ehtiyacını hiss edin.