Rəqəmsal dünya gündən-günə inkişaf edir. Hər il saytınızı gözdən keçirib, onun yeni standartlara uyğun olub-olmadığını bilmək vacibdir.
E-ticarət saytlarına gəldikdə, bəzi məqsədlər dəyişməz olaraq qalır, bəziləri isə ildən-ilə dəyişir.
Saytınızı 2019-cu il üçün yeniləyərək bu məsləhətlərdən yararlanın.
1. Trafiki artırmaq
Bu məqsəd sizə mənasız gələ bilər, çünki demək olar ki, hər bir sayt sahibi saytına daha çox istifadəçi cəlb etməyə çalışır. Lakin sayta daxil olan bəzi istifadəçilər onun fəaliyyətinə heç bir fayda qazandırmır. Əgər saytınıza daxil olan istifadəçilərin çoxu təklif etdiyiniz məhsular ilə maraqlanmırsa, bu biznesiniz üçün xoşagələn hal deyil. Məsələn B2B proqram təminatını istehsal edən şirkətin trafikinin əksəriyyətini yeniyetmələrin təşkil etməsi, həmin şirkət üçün yararlı deyil.
2. Poçt siyahısını artırmaq
Saytınıza istifadəçiləri cəlb etmək və onların saytınıza davamlı daxil olmasını təşkil etmək çox vacibdir. Metodlardan biri də elektron poçt ünvanların siyahısının yaradılması və potensial müştərilərə məktubların göndərilməsidir. Saytınızı gələcək il üçün təkmilləşdirmək məqsədilə bu onlayn marketinq növündən istifadə edə bilərsiniz. Göndərdiyiniz məktubların istifadəçiləriniz üçün maraqlı və faydalı olmasında əmin olun.
3. İstifadəçilərə fərdi yanaşmaq
Unutmayın ki, istifadəçilərinizdən hər biri unikal şəxsdir. Müasir texnologiyalar istifadəçilərin istəklərini müəyyən etməyə imkan yaradır. Saytınızda maraqlandıqları və ya əldə etdikləri məhsullara əsasən istifadəçilərinizə oxşar məhsulları təklif edə bilərsiniz.
Araşdırmalara görə, saytın istifadəçilərinə fərdi yanaşma satışları 18% qədər artıra bilər.
İstifadəçilər onlar üçün aktual və lazımlı olan məhsulu və ya məlumatı asanlıqla əldə etdikdə, sizin brendə qarşı müsbət münasibət yaranır.
4. Saytı adaptiv etmək
Saytın optimizasiyasının nə dərəcədə vacib olduğu artıq məlumdur. Gələn ildən Google mobil cihazlar üçün optimizasiya olunmuş saytları axtarış zamanı ilk sıralarda çıxarmağı planlaşdırır.
Bu o deməkdir ki, desktop versiyasında olan məlumat, sadəcə mobil cihazların ekranları üçün vizual optimizasiya olunacaq. Ümumən, saytınızın mobil versiyasına daha çox diqqət yetirməyə və onun istifadəsini asanlaşdırmağa çalışın. Mobil cihazlar öz populyarlığını itirmir, ildən ilə daha da çox istifadə olunur. Məhz bu səbəbdən optimizasiya çox vacib bir faktordu.
5. Bloq yaratmaq
Bugün bir çox brendlərin şəxsi bloqları var və bu bizneslərinə müsbət təsir göstərir. Bloq həqiqətən güclü bir marketinq alətidir. Lakin mövcud olan çox saylı bloqların arasında maraqlı kontent ilə fərqlənmək çoxda asan deyil. Lakin, son trendlərə uyğunlaşaraq bloqunuzu yeni səviyyəyə çıxara bilərsiniz. Məsələn, podkastlardan, videolardan və ya interaktiv məzmundan istifadəsi bloqunuzu daha maraqlı və bənzərsiz edib, yeni istifadəçilərin cəlb edilməsinə kömək edə bilər.
Müxtəlif yeni metodların tətbiq edilməsi istifadəçiləri daha yaxşı anlamağa və onların istəklərinə əsaslanaraq saytınızı təkmilləşdirməyə kömək edəcək.
6. Satışları artırmaq
Elektron kommersiya təşkilatları üçün bu məqsəd dəyişməzdir. Saytınız və biznesiniz inkişaf etmək üçün satışlarınızı artırmalısınız. Bu siyahıda qeyd olunan bütün metodlar satışların artmasına kömək edəcək. Bunun üçün keçən illərin analitikasına müraciət edib, satışlara müsbət təsir göstərən taktikanı müəyyən etmək məsləhətdir.
Baxmayaraq ki, ildən ilə yeni trendlər meydana çıxır, hər biznes və onun üçün yararlı olan üsullar unikaldır. Çünki müştəriləriniz üçün vacib olan faktorlar yalnız sizə məlumdur.
Satışlarınızı artırmaq və onlayn-biznesinizi inkişaf etdirmək üçün göstəriciləri təhlil edib, marketinq planı yaradın.