İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

VPS-ə kompüterdən PuTTY vasitəsilə necə daxil olmaq olar?

Server aktiv olduğdan sonra kompüter və server arasında təhlükəsiz birləşmə yaradılmalıdır. Bu məqalədə PuTTY proqramı vasitəsilə Microsoft Windows əməliyyat sistemində çalışan kompüter və Linux serveri arasında Secure Shell (SSH) birləşməsi yaratmaq haqqında məlumat verəcəyik.

Yükləmə və quraşdırılma

PuTTY – Microsoft Windows əməliyyat sistemi üçün pulsuz proqramdır. Bu proqram serverə SHH birləşmə qurmaq üçün istifadə olunur. Proqramı endirmək üçün keçidə daxil olun:

http://www.chiark.greenend.org.uk/~sgtatham/putty/download.html.

Konfiqurasiyalar

PuTTY proqramının üstünə iki dəfə klikləyin və proqramı işə salın.

Bağlanma parametrlərini daxil edin:

– Host Name: serverinizin IP-ini daxil edin

– Port: 22 (default olaraq qalsın)

– Connection Type: SSH (default olaraq qalsın).

– SSH sessiyasını başlatmaq üçün Open düyməsini klikləyin.

Bu kompüterdən ilk dəfə qoşulursunuzsa, aşağıda göstərilən pəncərə açılacaq:

“Yes” düyməsini klikləyərək, bağlanmanı təsdiqləyin.

– SSH bağlanma yarandığdan sonra, terminal istifadəçi adınızı tələb edəcək. Serverinizin root istifadəşi adı – “root”.

– Şifrənizi daxil edin. Şifrəni daxil edərkən, nə kursoru, nə də daxil etdiyiniz simvolları görməyəcəksiniz. Bu PuTTY proqramının standart təhlükəsizlik funksiyasıdır. Şifrəni daxil etdikdən sonra Enter düyməsini klikləyin.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜