İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

“Storage” serverini necə idarə etmək olar?

Bütün “Storage” (ing. saxlama) serverləri əvvəlcədən quraşdırılmış “Filer (CentOS 6, Rsync, FTP, Samba) (64-bit)” şablonu vasitəsilə aktiv edilir.

home / storage verilənlərin serverdə saxlanılması üçün default qovluqdur.

ƏS şablonu “Filer” əvvəlcədən quraşdırılmıs servislərə və alətlərə malikdir.

• Rsync aləti

• FTP (vsFTPd) xidməti

• Samba (smbclient, smbd) xidməti

1. Rsync-ın istifadəsi

1.1. SSH açarları vasitəsilə Target serveri və Storage serveri arasında verilənləri təhlükəsiz sinxronizasiya edə bilərsiniz. Bunu etmək üçün aşağıdaki addımları yerinə yetirin:

a. Target serverdə SSH açarını yaradın (Storage serverdə yox!):

ssh-keygen -f ~/.ssh/id_rsa -q -P ""

b. Yaratdığınız SSH açarı target serverdən Storage serverə kopiyalıyın:

ssh-copy-id -i /root/.ssh/id_rsa.pub root@storage_server_IP

c. Target server ilə Storage server arasında birləşməni yoxlayın. Bu əmri target serverdən yerinə yetirin:

rsync -avz -e "ssh -o StrictHostKeyChecking=no -o UserKnownHostsFile=/dev/null" --progress /home storage_server_IP:/home/storage

2. FTP-in istifadəsi

2.1. «Filer» ƏS şablonunda FTP xidməti (vsFTPd) quraşdırılıb. Hər hansı FTP proqramını istifadə edib daxil ola bilərsiniz.

Qeydiyyat məlumatlarının nümunəsi:

FTP hostname: xxxx.hostimul.com
Username: root
Password: root_user_password
Port: 21

3. SAMBA-nın istifadəsi

3.1. Digər Linux sistemindən SAMBA Storage serverinə daxil olun:

smbclient //xxxx.hostimul.com/storage -U root

3.2. Storage serverini Windows sisteminə qoşmaq üçün (birləşmiş storage kimi istifadə etmək üçün) bu təlimatı istifadə edin:

https://support.microsoft.com/en-gb/help/4026635/windows-map-a-network-drive

(“Folder” sahəsində serverinizin host adını daxil edin. Məsələn:: \xxxx.hostimul.cloudStorage)
3.3. Storage serverini MAC OS sisteminə qoşmaq üçün (birləşmiş storage kimi istifadə etmək üçün) bu təlimatı istifadə edin:

https://support.apple.com/en-us/HT204445

(“Server Address” sahəsində serverinizin host adını daxil edin.Məsələn: smb://xxxx.hostimul.cloudStorage)

Qeyd: Storage serveri qeyri-tənqidi məlumatları arxivləşdirmək üçün nəzərdə tutulmuşdur (məsələn, ehtiyat nüsxələri), beləliklə, əlavə ehtiyat nüsxələri aparılmır. RAID 6-nın işində nasazlıq yarandığı halda məlumatların bərpası üçün müştəri məsuliyyət daşıyır.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜