Horde və ya RoundCube-u default webmail kimi necə quraşdırmaq olar?

1. cPanel-ə daxil olun və Email Accounts keçin:

2. Müvafiq elektron poçt hesabının yanında Check Email düyməsini klikləyin:

3. Webmail proqramlarından birinin altımda Set as Default düyməsini klikləyin:

Webmail-i dəyişmək istədiyiniz halda, hesabınıza klikləyib, istədiyiniz interfeysi seçin:

Webmail üçün subdomenin quraşdırılması

1. cPanel-ə daxil olun və Email Accounts menyusuna keçin:

2. Müvafiq elektron poçt hesabının yanında Check Email düyməsini klikləyin:

3. İstifadə etmək istədiyiniz webmail tətbiqini seçin:

4. Sistemə daxil olduğdan sonra brauzerin ünvan sətrindəki iURL-ünvanı kopyalayın:

Bundan əlavə, http://yourdomain.com/webmail vasitəsilə daxil olub eyni URL-i ala bilərsiniz.

5. Subdomains menyusuna daxil olun və webmail-ə daxil olmaq üçün istifadə etmək istədyiniz subdomeninizi yaradın. Məsələn: myemail.yourdomain.com:

QEYD: mail.yourdomain.com ünvanını istifadə etməyin; bu subdomenin server tərəfindən istifadə olunduğu üçün, xəta yarana bilər.

6. Redirects menyusuna keçin və yaratdığınız subdomeni 4-cu addımda kopyaladığınız URL ünvana yönəldin:

7. İndi öz subdomeniniz vasitəsilə daxil ola bilərsiz. Giriş məlumatlarını daxil etdikdən sonra, avtomatik olaraq seçdiyiniz webmail tətbiqinə daxil olacaqsınız.

Şikayət Forması