FTP-ni Filezilla vasitəsilə necə quraşdırmaq olar?

Lazım olanlar:

1. Hostimul hesabı

2. Filezilla-nı kompüterinizdə quraşdırmaq

3. cPanel istifadəçi adı və şifrəsi və ya FTP istifadəçi adı və şifrəsi

4. Hostimul hostinq hesabınıza bağlı olan domen adı və ya serverin IP-ünvanı.

Saytların meneceri

Filezilla-da əlaqə yaratmaq üçün Site Manager –a ehtiyacınız olacaq.

1. Fayla klikləyin və Site Manager-i açın

2. New site düyməsini klikləyin

3. Yeni saytın adını daxil edin

4. Növbəti parametrləri daxil edin:

Host: Domen adınız və ya serverin IP-ünvanı

Port: 21

Protokol: FTP- faylların ötürülməsi protokolu

Şifrələmə: Adi FTP istifadə edin

Login növü: Normal

İstifadəçi: cPanel və ya FTP istifadəçi adı

Şifrə: Giriş üçün istifadə edtiyiniz şifrə.

5. Transfer parametrləri bölməsini seçin. Limit number və ya simultaneous connections bölməsini seçin və limiti kimi 8 rəqəmini təyin edin.

6. connect button düyməsini klikləyin.

Connect düyməsini kliklədikdən sonra server ilə əlaqə yaranacaq və artıq faylları yükləyə biləcəksiniz.

Site manager vasitəsilə saytı quraşdırdıqdan sonra, Site manager-i açıb, Connect düyməsini klikləyərək qoşula biləcəksiniz. Parametrləri yenidən daxil etməyə ehtiyac olmayacaq.

Şikayət Forması