İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

FileZilla-da ECONNREFUSED xətasını necə həll etmək olar?

ECONNREFUSED xətası bir neçə səbəbdən yarana bilər. Ola bilər ki, firewall (qoruyucu divar) və ya antivirus proqram təminatınız FileZilla-nın serverə qoşulmağına imkan vermir. Firewall və ya antivirus proqramının söndürülməsi təsir etmədiyi halda, FileZilla şəbəkə konfiqurasiya parametrlərini dəyişdirmək lazım ola bilər.

Bu məqalədə ECONNREFUSED xətasını həll etmək üçün, FileZilla şəbəkə parametrlərini necə dəyişdirmək haqqında məlumat verəcəyik.

Qeyd: Aşağıdaki addımları yerinə yetirmək üçün Filezilla proqramı lazım olacaq.

Network Configuration Wizard-a qoşulma

Filezilla proqramında Network Configuration Wizard-a qoşulmaq üçün Edit düyməsini klikləyin və Network Configuration Wizard-ı seçin. Firewall and router configuration wizard pəncərəsini görəcəksiniz. Burada Next düyməsini klikləyin.

Transfer rejiminin quraşdırılması

İndi siz transfer (ötürülmə) rejimini seçə bilərsiniz. Passive (recommended) rejimini default transfer rejimi kimi seçin. Allow fallback to other transfer mode on failure seçiminin yanında quş qoyun və Next düyməsini klikləyin.

Passive rejiminin quraşdırılması

Burada sadəcə Use the server’s external IP address-I seçib, Next düyməsini klikləyin.

Xarici IP-ünvanın quraşdırılması

Get external IP address from the following URL-ı seçməlisiniz. Sahə boş olduğu halda, dafault icazəni daxil edin:

http://ip.filezilla-project.org/ip.php

Next düyməsini klikləyin.

Portun diapazonlarının quraşdırılması

Bu pəncərədə xüsusi bir port diapazonunu seçməyə ehtiyac yoxdu, sadəcə Ask operating system for a port-I seçin və Next düyməsini klikləyin.

Yoxlama testi

Parametrlərin düzgün quraşdırıldığını yoxlamaq üçün test keçirmək lazımdır. Bunu etmək üçün Test düyməsini klikləyin. Bir neçə sadə test keçirmək üçün FileZilla probe.filezilla-project.org-a qoşulmağa çalışacaq. Testin nəticələri müsbət olsa və heç bir xəta baş verməsə, hesabınıza qoşulmağa çalışın.

ECONNREFUSED xətası ilə yenidən qarşılaşdığınız halda ticket və ya LiveChat vasitəsilə Texniki dəstək komandamız ilə əlaqə saxlayın.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜