İlk veb hosting alışınızda 10% endirim qazanın. Promo kod: WELCOMEHOSTIMUL

E-poçt hesabının şifrəsini necə yeniləmək olar?

E-poçt hesabınıza cPanel və ya webmail vasitəsilə dəyişikliklər edə bilərsiniz. Aşağıdakı addımları yerinə yetirib, şifrənizi bu yollardan hər hansı biri ilə dəyişə biləcəksiniz.

E-poçt şifrəsinin webmail vasitəsilə dəyişdirilməsi

Bu üsul mövcud e-poçt hesabı şifrəsini dəyişdirmək üçün istifadə oluna bilər. Yeni şifrəni təyin etmək üçün köhnə şifrəni bilməyiniz tələb olunacaq.

1. Webmail-a daxil olun.

2. Açılan menyunu açmaq üçün üst alət panelində email addressdüyməsini klikləyin.

3. Password & Security düyməsini klikləyin.

4. Password sahəsində e-poçt ünvanı üçün yeni şifrəni daxil edin.

5. Password (Again) sahəsində şifrəni yenidən daxil edin.

6. Change Password düyməsini klikləyin.

Şifrənizi dəyişdirildiyi haqqda təsdiq məktubu almalısınız.

E-poçt şifrəsinin cPanel ilə dəyişdirilməsi

E-poçt hesabının sahibi parolu itirildiyi və ya unudulduğu halda, onu cPanel vasitəsilə dəyişə bilərsiniz. Bu üsul köhnə şifrəni bilməyinizi tələb etmir.

1. cPanel-ə daxil olun.

2. “Mail” bölməsində Email Accounts ikonunu klikləyin.

3. Müvafiq e-poçt hesabının yanında Change Password düyməsini klikləyin.

4. Change Mail Account Settings menyusu açılacaq.

5. Password sahəsində yeni şifrəni daxil edin.

6. Password (Again) sahəsində şifrəni daxil edin.

7. Yeni bir şifrə təyin etmək üçün Change Password klikləyin.

Qeyd. Qüvvət sayğacı seçdiyiniz şifrənin çətinliyini göstərəcək.Etibarlı şifrə istifadə etməyinizi məsləhət görürük.

We're in Beta! 🚧

Our new website is currently in beta mode. Some features may not work perfectly yet, and there might be a few minor imperfections.
All small issues will be polished and fixed within the next 48 hours.
Thanks for your patience and support! 💜