WordPress Memory Exhausted xətasını necə aradan qaldırmaq olar?

WordPress ilə çalışan hər bir istifadəçi Fatal Error: Memory Exhausted (yaddaş tükənib) xətası ilə qarşılaşa bilər.

Bu məqalədə sizə Memory Exhausted xətasını PHP-nın yaddaşını artırmaqla necə aradan qaldırmağı öyrədəcəyik.

 

 

Memory Exhausted xətası nədir?

 

 

Digər kompüterlər kimi, veb serverlərin də bir neçə tətbiqi eyni zamanda işə salmaq üçün kifayət qədər yaddaşa ehtiyacı var. Server administratorları müxtəlif tətbiqlər üçün müəyyən həcmdə yaddaş təmin edir, o cümlədən PHP üçün də.

 

WordPress kodunuzun daha çox yaddaşa ehtiyacı olduğda, qeyd edilən xəta yaranır.

 

PHP yaddaş limiti 64 MB-dən aşağı olduğda WordPress avtomatik olaraq onu artırmağa çalışır. Buna baxmayaraq, 64 MB kifayət deyil.

 

 

WordPress-də PHP yaddaş limitinin artırılması

 

 

İlk öncə wp-config.php faylını redaktə etməlisiniz. Bu fayl WordPress saytınızın root-qovluğunda yerləşir.

 

Bunu FTP client və ya cPanel-də File Manager vasitəsilə həyata yerinə yetirmək olar. Daha sonra həmin kodu ‘That’s all, stop editing! Happy blogging  sətrindən öncə wp-config.php faylına daxil etməlisiniz.

 

 

define ('WP_MEMORY_LIMIT', '256M');

 

 

Bu kod PHP yaddaş limitinin 256 MB kimi artdığını bildirir.

 

Proses başa çatdığdan sonra, dəyişiklikləri saxlayın və wp-config.php faylını serverinizə yenidən yükləyin.

 

Artıq WordPress saytınıza daxil olduğda Memory Exhaustedxətası ilə bir daha qarşılaşmayacaqsınız.

 

 

Coupon partner DomainhostCoupon.com