cPanel-də Roundcube və ya Horde poçt xidmətləri vasitəsilə elektron poçt məktublarınızın ehtiyat nüsxəsini apara bilərsiniz. Həmçinin Roundcube və Horde-dini istifadə edərək elektron məktubları bərpa edə bilərsiniz.
Veb- poçta daxil olmaq üçün bu məqalədəki addımları yerinə yetirin:
cPanel vasitəsilə webmail-ə necə daxil olmaq olar?
Elektron məktubları ehtiyat nüsxəsini aparıb, onları kompüterinizə export etmək üçün istədiyiniz elektron məktubları seçin və yuxarıdakı paneldə More işarəsini klikləyin:
Açılan siyahıdan Download (.eml) variantını seçin və məktubları saxlamaq istədiyiniz yeri seçin:
QEYD:Bir çox elektron poçt xidmətləri .eml formatında olan faylları dəstəkləyir. Təəsüf ki, Roundcube birdəfəlik bir neçə elektron məktubu seçməyə imkan vermir. Tam qovluğun və ya hesabın ehtiyat nüsxəsini aparmaq istədiyiniz halda, Horde-ni istifadə etmək məsləhətdir.
Roundcube vasitəsilə elektron məktubları import etmək üçün dişli çarx işarəsini klikləyin və Import messages-ı seçin:
Bundan sonra, import etmək istədiyiniz ehtiyat nüsxəsini seçin və Upload düyməsini klikləyin:
Məktubların uğurla import olunduğu barədə ismarıc alacaqsınız.
Bir məktubun ehtiyat nüsxəsinin yaradılma prosesi Roundcube-dakindan fərqlənmir - ehtiyat nüsxəsini aparmaq istədiyiniz məktubu seçirsiniz və açılan menyuda Save düyməsini seçirsiniz. Elektron məktub həmçinin .eml formatında saxlanılacaq.
Inbox, Sent və digər qovluqlaradaki bütün elektron məktubları saxlamaq üçün həmin qovluğun üstünə siçanın sağ düyməsini klikləyin və Export variantını seçin.
Daha sonra ehtiyat nüsxəsinin formatını seçməlisiniz - MBOX və ya zipped MBOX. Əgər elektron məktubları sadəcə saxlamaq istəyirsinizsə, zipped MBOX formatını seçməyi məsləhət edirik, çünki bu formatda fayl daha az yer tutacaq.
mbox faylını elektron poçtu cPanel-də digər Horde hesabına köçürmək üçün istifadə etmək olar (Import vasitəsilə).
Məktubların Horde-ya import edilməsi üçün məktubları köçürmək istədiyiniz qovluğun üstünə siçanın sağ düyməsi ilə klikləyin və Import variantını seçin.
Daha sonra ehtiyat nüsxəsini Mbox və ya .eml formatında seçib OK düyməsini klikləyin.
İndi elektron məktublarınız digər elektron poçt hesabına import olunur.
Faydalı Linklər