1. cPanel-ə daxil olun və phpMyAdmin işarəsinin üzərinə klikləyin.
2. Solda yerləşən siyahıdan ehtiyat nüsxəsini yaratmaq istədiyiniz verilənlər bazasını seçin.
3. Səhifənin yuxarı hissəsində «Export» düyməsini klikləyin. Eksport səhifəsinə yönəldiriləcəksiniz.
4. «Custom - display all possible options» seçimini edin.
5. «Export» bölməsində «SQL»-ı seçin.
6. «Structure»-u seçin, sonra isə «Add Auto_Increment» və « Enclose Table and Field Name with Backquotes» seçin.
7. «Hexadecimal for Binary Field»-ı seçin və eksport növünü «Insert» təyin edin.
8. « Go » düyməsini klikləyin. Verilənlər bazası avtomatik olaraq kompüterinizə yüklənəcək.
Faydalı Linklər